Modern.az

Rusiya aviasiyası İŞİD-i bombaladı - 70 dinc sakin öldü - VİDEO

Rusiya aviasiyası İŞİD-i bombaladı - 70 dinc sakin öldü - VİDEO

1 Oktyabr 2015, 16:48


Ötən gün Suriyada yerləşdirilən Rusiya aviasiyası rəsmi Dəməşqin sanksiyası ilə ilk dəfə “İslam dövləti” terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya ordusunun general-leytenantı İqor Konaşenkov aviasiya zərbələri barədə ətraflı məlumat verib.

“Ötən gün aviasiyamız “İslam dövləti” qruplşamasının 8 mövqeyinə zərbələr endirib. Uçuşda Su-24M və Su-25 qırıcı təyyarələri iştirak edib. Əldə etdiyimiz məlumata görə, “İslam dövləti” qruplaşmasının Əl-Latamna səmtindəki komanda idarəsi və Tell-Bisadakı silah anbarı məhv edilib”.

Rusiya Müdafiə Nazirliyi zərbələrin sübutu olaraq videokadrlar sərgiləyib.

“Azad Suriya Ordu”sunun rəsmiləri isə hava zərbələri nəticəsində “İslam dövləti” deyil, adıçəkilən qruplaşmanın mövqelərinin bombalandığını və nəticədə 70 dinc sakinin həlak olduğunu bildirib.

 



Vüqar İsmayılov
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi