Modern.az

Bu gün tanınmış deputatın ad günüdür

Bu gün tanınmış deputatın ad günüdür

28 Oktyabr 2010, 13:47

Bu gün deputat Pənah Hüseynin ad günüdür. Azərbaycan Respublikasının keçmiş Baş nazirinin 53 yaşı tamam olur. Pənah Hüseyn 1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, tarix muzeyinin elmi işçisi olub. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.

AXC hakimiyyətə gələndən sonra, 1992-ci ildə Azərbaycan Respublikasının dövlət katibi, 1993-cü ildə Azərbaycan Respublikasının Baş naziri işləyib. 1993-cü ildə Sürət Hüseynovun hərbi qiyamı nəticəsində vəzifəsindən istefa verib.

Mərhum Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsinin təşəbbüskarlarından biri olub.

1993-cü ildəki qiyamdan sonra yazdığı “Günahımız məğlubiyyətimizdir” müəllif yazısında AXC iqtidarının süquqtunun səbələrini açıqlamışdı. Bundan sonra  gizli həyat yaşayan Pənah Hüseyn bir də 3 ildən sonar,1996-cı ildə siyasi arenaya qayıdıb.

1996-cı ildə prezident Heydər Əliyevlə təkbətək 2 saatlıq görüşən Pənah Hüseyn o zaman medianın ən məşhur simasına çevrilə bilmişdi. Siyasi kampaniyaların ən fəal iştirakçılarından olan P.Hüseyn vaxtaşırı gözlənilməz təkliflərlə də gündəmdə qala bilib. Onun İslam prinsipləri əsasında müsəlman social-demokrat partiyasının yaradılması ideyası uzun müddət müzakirələrə səbəb oldu.
P.Hüseynin  “Rəsul Quliyevi ya öldürməli ya da onunla işləməli” replikası siyasi çevrələrdə xatırlanır.

2005-ci ildə Milli Məclisin üzvü seçilən P.Hüseyn parlamentin ən qalmaqallı deputatlarından olub. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi oan deputat Azərbaycan Xalq Partiyasının da üzvüdür.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Azərbaycan-Fransa, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Ailəlidir, 3 övladı var.

 

2 yaşlı Pənah atası ilə...

 

Yeniyetməlik dövrü...

 

Ailəsi ilə birgə Moskvada...

 

Baş nazir Pənah Hüseyn...

 

12 sentyabr 1998-ci il mitinqində… 


Bayıl türməsi, VI korpus (ölüm korpusu). Gəzinti sahəsi… 

 

Deputat Pənah Hüseyn...


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir