Modern.az

Türkiyə Rusiyanın Suriyadakı hava əməliyyatlarından narazıdır, İran isə dəstək verir

Türkiyə Rusiyanın Suriyadakı hava əməliyyatlarından narazıdır, İran isə dəstək verir

1 Oktyabr 2015, 22:18

“Türkiyə Rusiyanın Suriyadakı hava əməliyyatlarından narahatdır”- bunu  Türkiyə XİN rəhbəri Feridun Sinirlioğlu bildirib. Modern.az xaricə mətbuata istinadən xəbər verir ki, türk nazir əsasən mülki obyektlərin zərbələrə məruz qalmasından narahat olduqlarını dilə gətirib.

“Biz Rusiya Hərbi-Hava Qüvvələrinin  Suriyada dünən keçirdiyi əməliyyatlardan narahatıq, çünki məlumat var ki, Rusiya təyyarələri İŞİD-lə bağlı  hədəflərin əvəzinə müxalifətə aid hədəfləri və mülki obyektləri məhv edib. Əgər bu belədirsə, biz bundan çox narahatıq. Bu ölkədə münaqişənin həllinə yox, problemlərin daha da gərginləşməsinə səbəb olacaq”.

İran isə bu məslədə Rusiyanı dəstəklədiyini bəyan edib. Bu barədə İran Xarici İşlər Nazirliyi nümayəndəsi Mərziyyə Əfxam bildirib: “ Rusiyanın Suriyadakı hava əməliyyatına dəstək veririk. Düşünürük ki, Rusiyanın Suriyada hücumları terrorla mübarizədə mühüm addımdır. Terror dünyada sülhü təhdid edir”.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!