Modern.az

ABŞ-da 7 nəfəri öldürən qatilin fotosu yayımlandı – FOTO

ABŞ-da 7 nəfəri öldürən qatilin fotosu yayımlandı – FOTO

2 Oktyabr 2015, 12:16


Ötən gün ABŞ-ın Oreqon şəhərindəki kolleclərdən birində kütləvi qətliam törədən şəxsin 26 yaşlı Kris Harper Merser olduğu müəyyənləşib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, 15 nəfərin ölümü, 20-dən artıq insanın yaralanması ilə nəticələnən silahlı insidentdən öncə, Merser öz qətliam planlarını internet çatlarından birində bölüşüb.  

Çatın digər iştirakçıları isə bunu zarafat bilərək qatilə daha çox insan öldürmək üçün məsləhətlər verib, silah seçimində yardımçı olublar. Kris Merserin son yazısı “Bu yeganə hadisə olacaq ki, mən xəbər lentlərinə düşəcəm.Necə də əhəmiyyətsiz biriyəm”.

ABŞ prezidenti Brak Obama insidentlə bağlı bəyanat verərək odlu silah satışı ilə bağlı məhdudiyyətlərin tətbiq olunmasına çağırış edib. Onun sözlərinə görə ölkədə silahlı insidentlər “adi hal”a çevrilib.  

Yerli polis orqanları isə Kris Harper Merserin yalnız xristian etiqadına sitayiş edən tələbələri öldürdüyünü bildirib.  

26 yaşlı qatil hadisə yerində polislə atışma zamanı öldürülmüşdü.    

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?