Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTO

3 Oktyabr 2015, 13:12

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı çoxdandır ara verdiyi “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil.

Bəzilərinin oxşarı isə Azərbaycanda yaşamır. İndiyədək yalnız hər ikisi Azərbaycanda yaşayan oxşarlardan bəhs etmişik. Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınmış simalardır.

Adı tez-tez müxtəlif qalmaqallarda hallandırılan "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Baghlan Group” şirkətinin prezidenti Hafiz Məmmədovu medianı izləyən hər kəs tanıyır. H.Məmmədov təkcə Azərbaycanda deyil, ölkə xaricində də tanınan simalardandır. Onun adı bir müddət öncə Fransanın “Lans” və İngiltərənin "Şeffild Uensdey" futbol klublarının səhmlərini almağına görə həm xarici, həm də Azərbaycan mediasının səhifələrində yazılırdı.

Ayrı-ayrı mənbələrin ötənilki məlumatlarında Hafiz Məmmədovun varidatının 1 milyard avrodan çox olduğu bildirilirdi. Amma son zamanlar onun iflasa uğradığı da iş adamı haqqında yayılan xəbərlər sırasında yer alır. Hafiz Məmmədov əsasən neft və qaz, tikinti və nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin sahibidir.

Hafiz Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvanda doğulub. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Eyni zamanda “Baghlan Group” holdinqinin prezidentidir.

Hafiz Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovla biznes şəriki olduğu da bildirilir. “Hafka” ləqəbli iş adamının pullu olması hətta vaxtilə adam oğrusu Hacı Məmmədovun da diqqətini cəlb etmişdi. Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və “poqonlu qanqster”in dəstəsi iş adamı Hafiz Məmmədovun atası Məcid Məmmədovu 6 mart 2003-cü il tarixdə oğurlamış və külli miqdarda pul (1 milyon 500 min dollarədək) alandan sonra buraxmışdı.

Biz bu dəfə “Oxşarlar” layihəsində Hafiz Məmmədovun  oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz.

“Hafka”nın oxşarını da şübhəsiz ki, tanıyanlar çoxdur. Söhbət hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdan gedir. Əslən Tovuz rayonundan olan A.Hüseynov həm də Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü və YAP-ın 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdə 11 saylı Qaradağ seçki dairəsindən vahid namizədidir. Bununla yanaşı, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini olan Aydın Hüseynov haızrda rəsmi vəzifə də tutur, o, Maliyyə Nazirliyinin 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi postunda işləyir.
Aydın Hüseynov tez-tez mətbuat səhifələrində həm siyasi ekspert, həm də maliyyə məsələləri üzrə mütəxəssis kimi çıxışlar edir.
YAP-ın Qaradağ rayon təşkilatının sədri A.Hüseynovun budəfəki seçkilərdə deputat mandatı qazanacağına şübhə edənlər azdır. 1 noyabr seçkilərindən sonra onun deputat kimi təqdim ediləcəyini gözləyənlər çoxdur.

Hafiz Məmmədovla Aydın Hüseynovun üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..



A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/


Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/


Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/


Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/


Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/


Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/


Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
 

Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/


Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/


Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/


Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/
 

Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/


Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/


Azərbaycandakı oxşarlar - XV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
 //modern.az/articles/35675/1/
 

Azərbaycandakı oxşarlar - XVI... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36590/1/


Azərbaycandakı oxşarlar- XVII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36950/1/


Azərbaycandakı oxşarlar - XVIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37279/1/


Azərbaycandakı oxşarlar - XIX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37493/1/


Azərbaycandakı oxşarlar - XX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/38252/1/


Hitlerin azərbaycanlı oxşarı XXİ… FOTO
//modern.az/articles/38486/1/


Azərbaycandakı oxşarlar - XXII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/39233/1

Azərbaycandakı oxşarlar - XXIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/40476/1/


Azərbaycandakı oxşarlar - XXIV... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/40655/1/


Azərbaycandakı oxşarlar - XXIV...
Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/41218/1/
 

Azərbaycandakı oxşarlar - XXV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/41565/1/

Azərbaycandakı oxşarlar - XXVI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/41565/1/

Azərbaycandakı oxşarlar - XXVII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/42329/1/

Azərbaycandakı oxşarlar - XXVIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/43179/1/

Azərbaycandakı oxşarlar - XXIX... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/43781/1/

Azərbaycandakı oxşarlar - XXX... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/50605/1/

Azərbaycandakı oxşarlar - XXXI... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/51645/1/

Azərbaycandakı oxşarlar - XXXI... Onlar sizi də çaşdıra bilərlər? –FOTOLAR
//modern.az/articles/53224/1/

Azərbaycandakı oxşarlar - XXXII... Onlar sizi də çaşdıra bilərlər? –FOTOLAR
//modern.az/articles/56696/1/

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/61853/1/

Fəxriyyə Xələfova və bacısı - oxşarlar: modelyer və professor - FOTO
//modern.az/articles/63557/1/

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? -FOTO
//modern.az/articles/69489/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir