Modern.az

İranda Aşıqlar Birliyi yaradıldı - Azərbaycana dəvət göndərildi

İranda Aşıqlar Birliyi yaradıldı - Azərbaycana dəvət göndərildi

5 Oktyabr 2015, 12:55



İran İslam Respublikasında bu ölkədə yaşayıb fəaliyyət göstərən çoxsaylı aşıqların çoxdankı arzusu nəhayət ki, reallaşıb. Burada aşıqları öz ətafında birləşdirəcək təşkilat – İran Aşıqlar Birliyi (Xaneyi İran Aşıqları) yaradılıb.
Modern.az saytı xəbər verir ki, müvafiq dövlət orqanları tərəfindən rəsmi qeydiyyata alınmış bu qurumun 2015-ci il oktyabr  ayının 10-da  Tehranın Niyavəran Fərhəngsərasında rəsmi təqdimat mərasimi keçiriləcək.

İran Aşıqlar Birliyinin qurucusu və sədri aşıq Səlcuq Şahbazi deyir ki, dövlət rəsmilərinin də qatılacağı təqdimat mərasiminə Azərbaycandan, Türkiyədən və digər türkdilli ölkələrdən də aşıqlar və folklorşünaslar dəvət olunub. Bu təqdimat mərasimi aşıqların bir növ bayramına çevriləcək.

S.Şahbazi həmçinin deyib: “Mən əminəm və buna inanıram  ki, bundan sonra İran İslam Respublikasında və Azərbaycan Respublikasında folklor üzrə işliyən, xüsusən də aşıq ədəbiyatıyla məşğul olanlar və bu ədəbiyyatın qorunmasında zəhməti olanlar bizi tək qoymyacaqlar, mədəni varlığımızın qorunmasında bir-birimizə dəstək olacağıq”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir