Modern.az

Türkiyə gəncliyi protokollara etiraz edir

Türkiyə gəncliyi protokollara etiraz edir

16 Oktyabr 2009, 10:45

Türkiyə ilə Ermənistan arasında imzalanmış münasibətlərin yaxşılaşdırılmasına dair protokallarlara etirazlar davam edir. Qardaş ölkənin Türkiyə Gənclik Birliyi Azərbaycandakı «Gənc Liderlər» Təşkilatına müraciət ünvanlayıb.

Modern.az xəbər verir ki,  Türkiyə Gənclik Birliyi (TGB) «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatına ünvanladığı müraciətində öz mövqeyini ortaya qoyub. TGB-nin Genel Başkan yardımçısı Yener Gencin imzasıyla daxil olan müraciətdə Dağlıq Qarabağ problemi öz həllini tapmamış iki ölkə arasında protokolların imzalanması kəskin tənqid edilib, bu addımın Türkiyə üçün böyük səhv hesab edilib. Ermənilərin türk dünyasına qarşı məkrli əməllərinin xatırlandığı müraciətdə, Türk gəncliyinin daim Azərbaycanın yanında olduğu vurğulanır. Müraciətdə eyni zamanda protokol imzalanmasının supergüclərin təxribatı olduğu qeyd edilib, bildirilib ki, gənc türklər Qarabağ işğaldan azad olunana qədər sərhədlərin acılmasına qarşı olacaqlar.

Müraciətin sonunda TGB-nin və bütövlükdə Türkiyə gəncliyinin bu xain planın icrasına imkan verməyəcəyi vurğulanır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir