Modern.az

Ülvi Quliyev 17 saylı dairədə deputatlığa namizədləri üstələdi

Ülvi Quliyev 17 saylı dairədə deputatlığa namizədləri üstələdi

28 Oktyabr 2010, 18:46

2010-cu il Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyası davam edir. Parlament Jurnalistlər Birliyi və Modern.az saytının birgə layihəsi çərçivəsində 17 saylı Yasamal üçüncü seçki dairəsində deputatlığa namizədlərin reytinqi ilə bağlı həmin ərazidə yaşayan 200 nəfər arasında sorğu keçirilib.

Rəyi soruşulanlardan deputatlığa namizədlərin - Hacıyev Bəxtiyar (bitərəf), Zahidov Qənimət (AXCP), Quliyev Ülvi (bitərəf), Qasımzadə Nəriman (bitərəf), Quliyeva Samirə (YAP), Həsənov Elşad (bitərəf), Musayev Elşən (ADMP), Sadıxlı Nüşabə (Müsavat), Sadıqov Ramiz (DADP), Əlizadə Araz (ASDP), Rüstəmov Həsrət (ADP), Məmmədzadə Elman (ALP), Abdullayeva Mehriban (AMİP), Bəhrəmova Güllər  (bitərəf) - hansının daha çox şanslı və nüfuzlu olması ilə bağlı fikirlər öyrənilib.

Qeyd edək ki, respondentlərin 115-i qadın, 85-i isə kişi olub. Rəyi soruşulanlar müxtəlif yaş qruplarına məxsus olublar. Sorğuda iştirak edənlərin 40 nəfəri (20 faizi) suala cavab verməkdən imtina ediblər. Respondentlərin 65 nəfəri (32,5) faizi Ülvi Quliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 18 nəfəri (9 faizi) Elşad Həsənova, 16 nəfəri (8 faizi) Bəxtiyar Hacıyevi dəstəkləyəcəklərini deyiblər.

Rəyi soruşulanların 15 nəfəri (7,5 faizi) Qənimət Zahidə, 13 nəfəri (6,5 faizi) Nüşabə Sadıxlıya, 11 nəfəri (5,5  faizi) Samirə Quliyevaya, 6 nəfəri (3 faizi) Elşən Musayevə, 6 nəfəri (3 faizi) Ramiz Sadıqova, 4 nəfəri (2 faizi) Mehriban Abdullayevaya, 4 nəfəri (2 faizi) Nəriman Qasımzadəyə, 2 nəfəri (1 faizi) Araz Əlizadəyə səs verəcəklərini deyiblər. 

Qeyd edək ki, sorğu 17 saylı dairənin ərazisindəki C.Cabbarlı, H.Cavid, H.Əbilov və B.Məcidov küçələrində aparılıb.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər