Modern.az

Azərbaycanda milyarderin qardaşı deputatlığa namizəd oldu

Azərbaycanda milyarderin qardaşı deputatlığa namizəd oldu

Aktual

6 Oktyabr 2015, 09:37

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədov da qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

Modern.az saytının verdiyi xəbərə görə Teymur Əhmədov adına “Göyçay AzNar” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru  Fərəc Əhmədovun deputatlığa namizədi rəsmən qeydə alınıb.  

O, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən mandat uğrunda mübarizə aparacaq.

Namizədin qardaşı Fərhad Əhmədov 15 yaşında Bakını tərk edərək Moskvaya gedib. Uzun illərdir biznes fəaliyyəti ilə məşğul olan Fərhad Əhmədov Rusiyanın ən varlı iş adamlarından sayılır. O, 2004-cü ildə “Forbes” jurnalının zənginləri siyahısına düşüb.

İlk vaxtlar F.Əhmədovun sərvəti 330 milyon dollar dəyərində qiymətləndirilirdi.

Hazırda 1,3 milyard dollar sərvəti olduğu ehtimal edilir.


Fərhad Əhmədov

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır