Modern.az

Dövlət sirri ilə işləməyə icazəsi olmayanları vəzifəyə təyin edənlər CƏZALANACAQ

Dövlət sirri ilə işləməyə icazəsi olmayanları vəzifəyə təyin edənlər CƏZALANACAQ

6 Oktyabr 2015, 13:24


Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.  

Modern.az xəbər verir ki, Milli Məclisin iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.  

Məcəlləyə edilən əlavəyə əsasən, Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər 500 yüz manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə ediləcək.  

Dəyişiklik səsə qoyularaq qəbul edilib.  

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər