Modern.az

Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO + FOTO

Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO + FOTO

6 Oktyabr 2015, 17:38

Rusiyanın “mədəni paytaxtı” Sankt-Peterburqda azərbaycanlı biznesmenin iştirakı ilə silahlı insident yaşanıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən mehmanxanalardan birinin barında biznesmenlər Stanislav Yakovlev, Pavel Tatarinov, Azər Ağaxanov və Yevdokimovla 4 polis əməkdaşı mübahisə ediblər.

Biznesmenlərin say çoxluğunu nəzərə alan polislər barı tərk ediblər və qısa müddətdə əraziyə əlavə qüvvələrlə gəliblər. Dava zamanı tərəflər odlu silaha əl atıblar. Beysbol bitaları, rezin dəyənəklər və digər əşyalardan istifadə olunan insident zamanı biznesmen Pavel Tatarinov odlu silahdan atəş açaraq polis əməkdaşını yaralayıb.  

Qüvvələr nisbətinin polislərin xeyrinə dəyişdiyini anlayan biznemsnelər ağ “Mercedes” maşınında ərazini tərk etməyə çalışsalar da, qısa müddətdə saxlanılıblar.

Məlumata görə, hadisə günü polislər cinayət axtarış şöbəsi gününü qeyd ediblər. Lakin insidentin baş vermə səbəbləri hələlik məlum deyil.  

Digər məlumata görə, dava zamanı xəasarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Başından güllə yarası alan polis əməkdaşının isə komada olduğu bildirilir.  

Sankt-Peterburq sakinləri kütləvi davada 40-dan artıq insanın iştirak etdyini bildirib.

Rusiya İstinatq Komitəsi faktlıa bağlı geniş araşdrıma aparır. İnsidentlə bağlı bir neçə nəfər, o cümlədən, azərbaycanlı Anar Ağaxanov da saxlanılıb.








Vüqar İsmayılov
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?