Modern.az

Putin 63 yaşını hokkey meydançasında qeyd edəcək - FOTOLAR

Putin 63 yaşını hokkey meydançasında qeyd edəcək - FOTOLAR

7 Oktyabr 2015, 12:08


Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin 63 yaşını qeyd edir.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı ad günündə Soçiyə işgüzar səfərdədir.

Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin ad gününü Soçidəki buz arenasında – hokkey oynamaqla keçirəcəyini deyib. Onun sözlərinə görə, Putin öz köhnə dostları və hokkey liqasının ulduzları ilə oyun keçirəcək.

15 ilə yaxındır Rusiyada rəhbər vəzifələri tutan Vladimir Putin yalnız ötənilki ad günündə ilk dəfə özünə məzuniyyət götürüb. Həmin vaxt Putin Sibirə yollanaraq sıx meşəli dağlarda 9 kilometr piyada yol qət edib. 2013-cü ildə isə Rusiya prezidenti Asiya-Sakit Okean İqtisadi Təşkilatının Bali adasındakı sammitində iştirak edib.

Vladimir Putin Soçidəki buz arenasına bir neçə dəfə çıxıb. Sonuncu dəfə sentybar ayında  “Sirius” idman mərkəzinin yetirmələri ilə yoldaşlıq matçında oynayıb. Hokkey matçında Putinin komanasına Vyaçeslav Fetisov, Pavel Bure, Valeri Kamenski, Aleksandr Oveçkin və Yevgeni Malkin qatılıblar.











Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?