Modern.az

Poroşenko: “Rusiyanın Suriyadakı hərəkətləri 3-cü dünya müharibəsini yaxınlaşdırır”

Poroşenko: “Rusiyanın Suriyadakı hərəkətləri 3-cü dünya müharibəsini yaxınlaşdırır”

Dünya

7 Oktyabr 2015, 22:10

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını üçüncü dünya müharibəsinə  tərəf atılan bir addım adlandırıb. Modern.az bildirir ki, Ukraynanın dövlət başçısı bu haqda “Korrespondent” nəşrinə açıqlamasında deyib:

“ Biz Rusiya Federasiyasının uzaq Suriyadakı aqressiyasını başa düşməliyik, bu məsuliyyətsiz addımlar nə qədərki davam edəcək, bir o qədər bizi üçüncü dünya müharibəsinə yaxınlaşdıracaq”.

 Bundan əvvəl isə Poroşenko Rusiyanın Suriya ərazisindəki hərəkətlərinin məqsədini belə izah edirdi: “ Putin böyük siyasətə təsirini qaytarmağa cəhd edir. Bunun üçün ona dünya siyasətinə dönmək lazımdır və o bura “Suriyadakı qara girişlə” daxil olmağa cəhd göstərir”.

Modern. az    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür