Modern.az

“Nissan” Elektromobil inqilabını davam etdirir!!!

“Nissan” Elektromobil inqilabını davam etdirir!!!

29 Oktyabr 2010, 14:55
 Nissan Paris Avtoşousunda  konseptual elektrokar Nissan Townpod-u təqdim etdi!


Müasir iş adamlarının misilsiz və əvəzolunmaz elektromobili.
İstifadəçinin tələblərinə və istəyinə asan uyğunlaşa bilən
Sadə Platforma
Mikroavtobusla yüngül ticarət avtomobilinin üstünlüklərini özündə cəmləşdirir.
Arxa oturacaqların tam yığılması hesabına yük bölümünün tam düz platformaya malik olması
Toxunuşlu ekran PDA ilə qarşılıqlı işləyir.
Sıfır Emissiya inqilabı müasir istifadəçinin əsas dəyərlərinə cavab verir.
   

Hetçbek Yapon istehsalçısınıın çox yaxın gələcəkdə gerçəkləşəcək təsəvvürlərini özündə əks etdirir. Ekologiyaya səmimi münasibəti ilə yanaşı bütün tələblərə cavab verən çox gözəl və kompakt dizayn  Townpod- u müasir insanın gündəlik həyatının ayrılmaz bir hissəsinə çevirir. Elektromobil artıq Avropada satışlarına start verilmiş Nissan Leaf-i də xatırladır. Ən əsası odur ki, Şəhər mühiti üçün ideal olan bu elektrokar dörd nəfərlik  variantda təklif olunur. Lazım olan zaman arxa otracaqlar tam yığılır və yük üçün kifayət qədər düz platforma yaranır. 
Elektrokarın salonu futuristik stildə işlənmişdir. Multimediya sisteminin və klimat kontrolun idarəsi bort kompüterin sensor ekranı vasitəsi ilə idarə olunur. Elektromobil smartfon və yaxud da cib kompüteri ilə sinxronlaşa bilər. Elektromobil hər hansı görüş və yaxud  getməli olduğu ünvan barədə qeyd aşkar edirsə navigator avtomatik olaraq ünvanın  marşurutunu cızır və sürücüyə görüş barədə xəbərdarlıq edir.
Bu elektrokarın ideal yük imkanları çox zərif salon dizaynı, ön oturacaqların zamşa və arxa oturacaqların zərif və eyni zamanda möhkəm toxunma parça ilə örtülməsi ideal bir sintez yaradır. Elektrokarda istifadə olunan mavi rəng Nissan Townpod-un peşəkar, iş imkanlarını ifadə etdiyi halda sarı rəng istifadəçiyə elektromobilin əyləncə xarakteri daşıdığını da xatırladır.  
Nəzərinizə çatdirirq ki, Nissan avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Nurgun Motors”dur.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir