Modern.az

FIFA və UEFA prezidentləri vəzifələrindən kənarlaşdırıldı

FIFA və UEFA prezidentləri vəzifələrindən kənarlaşdırıldı

8 Oktyabr 2015, 16:36



Dünyanın ali qurumu olan FİFA-nın etika komissiyası federasiyanın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini 90 gün müddətinə tutduqları vəzifələrdən kənarlaşdırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu müddət ərzində onlar nə beynəlxalq, nə də ki, milli səviyyədə futbol fəaliyyəti ilə məşğul ola biləcəklər. 2016-cı il fevralın 26-da keçiriləck FİFA prezidentliyi uğrunda marafonda iştirak etməyə iddialı olan Platini cəzaya məruz qalmaqla bu şansı da itirmiş olub.

Bununla yanaşı, FİFA-nın Baş katibi Jerom Valke vəzifəsindən kənarlaşdırılıb, vitse-prezident Çon Mon Cun isə FİFA-dan 6 il müddətinə disklifikasiya olunub.

Son hadisələr bu ilin yayında FİFA-da aşkarlanmış korrupsiya faklarının davam kimi səciyyələndirilir.  

Vüqar İsmayılov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub