Modern.az

Yeni "Ford Ranger" təqdim edildi

Yeni "Ford Ranger" təqdim edildi

29 Oktyabr 2010, 15:48


Dünyanın nəhəng avtomobil istehsalçılarından olan Ford Avstraliyada keçirilən Beynəlxalq Avtomobil Sərgisində pikap nəslininin nümayəndəsi olan Ford Ranger-i təqdim etdi.

Kompaniyanın rəsmi press-relizinə əsasən, Ford  Ranger özündə çox dinamik və orijinal avtomobil xüsusiyyətlərini əks etdirir.
”Bunun nəticəsi olaraq söyləyə bilərik ki, Ford Ranger pik-ap seqmentində  keyfiyyət standartlarını yenilədi. Bu yeni model Ford şirkətinin tətbiq etdiyi innovasiyalar və yeni texnologiyalar sayəsində bu sinif avtomobillərə xas olmayaraq öz funksionallığını kökündən genişləndirmişdir. Bütün bunlara baxmayaraq avtomobil öz stilistikasını qoruyub saxlamışdır – iri ön faralar, xrom ayaqaltılar, xrom ön radiator barmaqlığı. Yeni Ford Ranger assimetrik alətlər paneli və  mərkəzi konsulla da təmin edilmişdir ki, bu da özlüyündə 4 seqmentə bölünmüşdür. Avtomobilin salonu yüksək orqonomikası ilə də seçilir, belə ki, bütün idarəçilik elementləri sürücü və ön sərnişin oturacağından asanlıqla idarə olunur.

Öz sələfləri ilə müqaisədə yeni Ford Ranger-in  təkər bazası 220 mm. Uzadılaraq 3220 mm. - ə çatdırılmış, avtomobilin yerdən hündürlüyü (klirens) 25 mm artırılaraq, 232 mm.-ə çatdırılmışdır. Double Cap versiyalı avtomobilin yük bölümü uzadılmış və ümumi uzunluğu 1550 mm.-ə çatdırılmışdır, həmçinin yük bölümünün eni 1560mm., dərinliyi 510 mm., səmərəli yük sahəsinin həcmi isə 1.2 m3 təşkil etmişdir. Bundan başqa Ford Ranger avtomobilinin ümumi yük götürmə qabiliyyəti artırılaraq 1.5 tona çatdırılmışdır.

Yeni avtomobil Ford şirkətinin istehsalı olan 3 yenilənmiş mühərriklə təchiz ediləcəkdir. Bu mühərriklərin istehsalı şirkətin cənubi afrika zavodunda ötən il başlanılmışdır. Bunlar Duratorq TDCİ və yanacaqla çalışan hibrid mühərriklərdir. Bundan başqa Ford Ranger öz ixtiyarına 6 pilləli mexaniki və 6 diapazonlu avtomatik sürət qutusu da alacaq.

Ford Ranger XLT Double Cab baza versiyasında 2.2L-lik 150 at gücünə malik Duratorq TDCi turbodizel mühərriklə və 6 pilləli mexaniki sürət qutusu ilə təchiz edilmişdir. Ən yüksək komplektasiya isə Duratorq TDCi  mühərriklə və 6 sürətli avtomatik transmissiya ilə təchiz edilmişdir. Daha maraqlı məqamlardan biri də odur ki, Ford Ranger modelinin baza komplektasiyası həmçinin 2.5L-lik ikili yanacaqla çalışan Duratec mühərriklə də təchiz edilə bilər ki, bu mühərrik həm yanacaqla həm də təbii qazla çalışması mümkündür”.

Nəzərinizə çatdırıq ki Ford Avtomobillərinin Azərbaycanda rəsmi distribütoru  “Ford Azərbaycan”-dır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir