Modern.az

NATO:" 48 saata Türkiyəyə ordumuzu yerləşdirə bilərik"

NATO:" 48 saata Türkiyəyə ordumuzu yerləşdirə bilərik"

8 Oktyabr 2015, 20:23

"Türkiyə güclü müttəfiqdir. Rusiyanın köməyinə ehtiyac yoxdur. Ancaq lazım olarsa, 48 saat ərzində ordayıq".

Modern. az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
 
"Türkiyə güclü bir ölkədir, NATO-da ən böyük ordulardan birinə sahibdir. Türkiyə özünü qoruya biləcək gücdədir, ancaq NATO hər zaman hazırdır. Daha çox dəstək lazım olarsa, biz bu yardımı artırarıq. Ehtiyac olarsa, 48 saat ərzində ordunu Türkiyəyə tam şəkildə yerləşdirə bilərik. Məqsədimiz Türkiyə kimi müttəfiqlərə daha çox dəstək verməkdir", - Stoltenberq vurğulayıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir