Modern.az

Milli lider Sərkisyana ultimatim verdi

Milli lider Sərkisyana ultimatim verdi

8 Oktyabr 2015, 20:48

“Milli özünütəyinetmə” birliyinin rəhbəri  Paruyr Ayrikan oktyabrın 8-də Ermənistan prezidenti Serj Sərkisyana Konstitusiya islahatları ilə bağlı parıamentdə dəstəklənən layihənin referenduma çıxarılmaması üçün ultimatum yollayıb. Modern.az-ın Ermənistan mediasına  istinadən verdiyi xəbərə görə, Ayrukyan deyib ki, bu, onların prezidentə göndərdiyi üçüncü ultimatumdur:

“Biz qeyd etmişik ki, xalqa qarşı satqınlıq fəyanətinə o şəxsən cavabdehdir və bunu yubanmadan dayandırmaq lazımdır. O, əgər bunu etməzsə, hər şey onun vicdanından asılı olacaq. Ermənistanın birinci və ikinci prezidentləri deyirlər ki, bu cür addım  düzgün deyil. Hətta əgər Ser Sərkisyan minlərlə deputat  yığa bilərsə, halbuki  bəyan edir ki, bu doğrudur, əgər qanun hər şeydən üstündürsə, heç nə dəyişməyəcək”.

Ultimatumu göndərəndən sonra Paruyr Ayrikan baş prokuroluğa gedib. O, jurnalistlərlə söhbətində  deyib ki, rəhbərlik etdiyi partiya prokurorluğa Konstitusiya islahatları ilə bağlı ekspert komissiyası barəsində  səlahiyyətlərini aşdıqları və Konstitusiyanı pozduqları üçün cinayət işi qaldırılması haqda da müraciət edib.

Modern.az   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir