Modern.az

Rusiya Suriyanın İdlib şəhərini bombaladı

Rusiya Suriyanın İdlib şəhərini  bombaladı

8 Oktyabr 2015, 22:14

Suriyanın İdlib şəhərində müxaliflərin nəzarətindəki kənd və qəsəbələrə Rus hərbi təyyarələri tərəfindən hücum olub. Hava hücumunda 9 nəfər ölüb, 15 nəfər yaralanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, dünəndən başlayaraq bu gün də daxil olmaqla Rus təyyarələri İdlibin bir çox kənd və qəsəbələrini bombalayıb. Hava hücumundan sonra yaralıları daşımağa gələn təcili tibbi yardım maşınları da atəşə tutulub.

Bu arada, Rusiya Xarici işlər nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova deyib ki, Rusiya ilə Türkiyənin  Suriyaya görə münasibətlərinin pisləşməsində heç bir səbəb yoxdur: “ Başda iqtisadi əlaqələr olamqla, rus-türk əlaqələrinin pisləşməsi üçün heç bir səbəb görmürəm. Buna yol açan bir durum yoxdur.”

Zaxarova, Moskva və Ankaranın Suriya məsələsindəki əlaqələrinin bir xeyli aktiv şəkildə davam etdiyini də vurğulayıb.: “Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumatı bir daha xatırladıram. Oktyabrın 3- də Rus Su-30 hərbi təyyarəsinin qısa müddətə Türk hava sərhədinə girməsinə əlverişsiz hava şəraiti səbəb olub”. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir