Modern.az

Pentaqon rəhbəri Rusiyanın Suriyadakı itkilərini açıqladı

Pentaqon rəhbəri Rusiyanın Suriyadakı itkilərini açıqladı

8 Oktyabr 2015, 23:00

ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanın yaxın zamanda Suriya münaqişəsinə görə üzləşə biləcəyti itkilərdən danışıb. Modern.az xarici mediaya istinadən bildirir ki, o, bu bəyanatla Brüsseldə keçirilən mətbuat konfransında çıxış edib.

“Bu hərəkətlər ilk növbədə Rusiyanın özü üçün faciələrlə nəticələnəcək”, - Karter jurnalistlərə deyib. O, qeyd edib ki, əgər Rusiya qüvvələri tez bir zamanda itki ilə üzləşərsə, yaxud bu ölkədə terror aktları baş verərsə, təəccüblənməyəcək.

Pentaqon rəhbəri onu da deyib ki, Vaşinqton əgəır Rusiya öz strategiyasını dəyişərsə, Moskva ilə əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, Rusiya öz müttəfiqinə, Suriya prezidenti Bəşər Əsədə üstünlük verib, ancaq Qərblə birlikdə münaqişənin həlli yollarını axtarmır və İraq-Şam İslam Dövləti (İŞİD) ilə əlaqəsi olmayan mövqelərə zərbələr endirir: “Mənim fikrimcə, Rusiya Suriya haqda bir şey danışıb, tamamilə başqa iş görür”.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir