Modern.az

Rusiya raketlərin İrana düşməsini təkzib etdi

Rusiya raketlərin İrana düşməsini təkzib etdi

9 Oktyabr 2015, 01:52

Rusiyanın  Müdafiə Nazirliyi Xəzərdən gəmilər vasitəsi ilə atılan raketlərin İrana düşməsi xəbərini təkzib edib.

Modern.az Report –a istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi idarəsinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyanat yayıb.

"Biz CNN-dən fərqli olaraq anonim mənbələrə istinadən danışmırıq, əksinə raketlərimizin atılmasını və onlar tərəfindən hədəflərin vurulmasını əməli olaraq real vaxt rejimində göstəririk", - deyə o bildirib.

"Ümumi danışa bilmərəm, lakin bu sahədə çalışan istənilən peşəkar bilir ki, bu kimi əməliyyatlar aparılan zaman, həmişə hədəfin zərbədən əvvəlki və sonrakı təsviri qeydə alınır. Bununla yanaşı, Suriya üzərində gecə-gündüz bizim pilotsuz uçan aparatlar qrupumuz işləyir", - deyə o bildirib.

"Ona görə, dünən yüksək dəqiqlikli silah ilə Suriyada İŞİD-in infrastrukturuna endirdiyimiz zərbələr Pentaqon və Lenqlidəki həmkarlarımız üçün nə qədər xoşagəlməz və "gözlənilməz" olsa da, hər halda gəmilərdən atılan bütün raketlər öz hədəflərini tapıb", - deyə general qeyd edib. "Bu faktdır. Yoxsa terrorçu İŞİD qruplaşmasının Suriyada bir-birindən əhəmiyyətli dərəcədə aralı yerləşən obyektlərinin ötən gün öz-özünə partlamasını etiraf etməli olardıq. Özü də sinxron olaraq", - deyə o bildirib.  

  Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir