Modern.az

Koreya lideri bacısını vəzifədən uzaqlaşdırıb

Koreya lideri bacısını vəzifədən uzaqlaşdırıb

9 Oktyabr 2015, 11:29


Şimali Koreyanın diktator rəhbəri Kim Çen In öz balaca bacısını Kim Ye Conu bir sıra hadisələr səbəbi ilə işdən azad edib.

Modern.az xəbər verir ki, bu barədə nüfuzlu “The Telegraph” nəşri  məlumat yayıb.   Alınan məlumata görə, 2013-cü ildə rəhbərin bacısı İna Koreyanın Fəhlə Partiyasının rəhbəri vəzifəsinə gətirilmişdi.  

Bundan əlavə, Koreya lideri onu əsas siyasi müşaviri təyin etmişdi. Nəşr eyni zamanda qeyd edib ki, Kim Ye Con həm də Kim Cen Inın onun təhlükəsizliyi üçün də məsuliyyət daşıyır.  

Bacıdan narazılıq bir sıra hadisələrdən sonra gəlib.

Gənclik tədbirinə gedərkən mühafizəçilər təhlükəsizlik dəhlizi yaradana qədər kütlə bir müddət Kim Çen Ina yaxınlaşa bilib.   Bundan əlavə, lider kolxozlardan birinə səfər edərkən, onu müşaiyət edən musiqiçilərdən biri təsadüf nəticəsində az qala Ina gitarası ilə vuracaqdı.  

Kim Ye Con qardaşı kimi İsveçrədə oxuyub və nəşrin məlumatına görə Kim Çen Inın stilinə və saç düzümünə də nəzarət edir.  

Aytən ZƏHRA    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır