Modern.az

Səudiyyə Ərəbistanın müdafiə naziri Putinlə görüşə gedir

Səudiyyə Ərəbistanın müdafiə naziri Putinlə görüşə gedir

9 Oktyabr 2015, 11:15


Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Məhəmməd ben Salman Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gedəcək.

Modern.az “Kommersant” qəzetinə istinadla bildirir ki, məlumat Səudiyyə Ərəbistanının Moskvadakı səfirliyindən verilib.   Məlumata görə, son 1 ayda 2-ci dəfə Rusiyaya səfər edən səudiyyəli nazir Suriyadakı durumu müzakirə etmək üçün Putinlə danışıq aparacaq.  

Bununla yanaşı, Məhəmməd ben Salman Putinlə birlikdə Soçidə keçiriləcək Formula-1 yarışlarını da izləyəcək.  

Vüqar İsmayılov        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?