Modern.az

Azərbaycandakı OXŞARLAR - Məşhur milyarder və icra başçısı - FOTO

Azərbaycandakı OXŞARLAR - Məşhur milyarder və icra başçısı - FOTO

9 Oktyabr 2015, 16:51

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı “Oxşarlar" layihəsini davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında oxşarlar az deyil.

Budəfəki təqdimatımızın qəhrəmanları da Azərbaycanda tanınmış simalardır.

O, hazırda Azərbaycanda yaşamasa da, burada çoxlarının tanıdığı məşhur simadır. Söhbət Rusiyadakı “NortQaz” şirkətinin yaradıcısı, milyarder Fərhad Əhmədovdan gedir.


Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçayda anadan olub. Vaxtilə Göyçayda zavod direktoru olan atası Teymur Əhmədov iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edib. Fərhad Əhmədovun böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulub. Atasını itirən Fərhad Əhmədov məktəbi ataraq Moskvaya gedib. Orada 85№-li texnikumda qaynaqçı-montajçı ixtisasına yiyələnib. Texnikumu bitirdikdən sonra hərbi xidmət keçib, ardınca Baytarlıq Akademiyasında əmtəəşünaslıq ixtisası üzrə təhsil alıb.
Daha sonra biznes fəaliyyətinə başlayıb. 1987-ci ildə yaratdığı “Tansley Trading” şirkəti Rusiyadan Avropaya neft daşıyıb, əks istiqamətdə isə müasir neft avadanlıqları və qurğuları  idxal edib.

1990-cı ildə Fərhad Əhmədov dünyanın ən nüfuzlu təhsil müəssisələrindən sayılan London Ali İqtisadiyyat Məktəbini bitirib.
1991-ci ildə SSRİ-nin süqutu Fərhad Əhmədov üçün yeni imkanlar açıb. Artıq bu vaxt üçün onun şirkətlərinin ticarət dövriyyəsi 10 milyon dollarla ölçülürdü. SSRİ neft və qaz sənayesində dərin böhran yaranmışdı. Belə şəraitdə Fərhad Əhmədovun “Tansley Tarding” şirkəti “Qazprom”a və onun törəmə şirkətlərinə xarici avadanlıqların satılmasını inhisara ala bildi.Maliyyə imkanlarının sürətlə artması Əhmədovu vadar edir ki, neftin çıxarılması və emalı ilə birbaşa məşğul olan şirkətlərə sahib olsun. Belə imkan onun əlinə 1993-cü ildə keçdi.

“Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tanınır. Məhz “Nortqaz” kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirdi və uzun müddət Rusiya neft bazarında “Qazprom”un inhisarına qarşı dayandı. 1999-cu ildən 2004-cü ilə qədər “Nortqaz”ın prezidenti olan Fərhad Əhmədov 2004-cü ildə Krasnodar vilayətindən Rusiya Federasiya Məclisinə senator seçilməsi ilə əlaqədar vəzifəsini könüllü tərk etdi. Təzyiqlərə dözməyərək 2005-ci ildə o, “Nortqaz”ın əsas səhmlərini “Qazprom”a satdı. 2012-ci ilin noyabrında Fərhad Əhmədov “Nortqaz”da qalan səhmlərini yəni 49%-ni” Novateka” şirkətinə 1,375 milyard dollara satdı. Əldə etdiyi gəlirin bir hissəsini “Qazprom”, “Lukoyl”, “Sberbank” və “Norilsk Nikeli” kimi Rusiyanın maliyyə bazarının nəhənglərinin səhmlərinə yatırıb.

“AzNar” Azərbaycanda tanınan şirkətdir. Şirkət Göyçay rayonunda 1000 hektardan çox sahədə nar bağları yaradıb. Fərhad Əhmədova məxsus “AzNar” şirkətinin məqsədi Azərbaycan və xarici bazarı orqanik nar suyu ilə təmin etməkdir.  O, ilk dəfə 2004-cü ildə “Forbes” jurnalının zənginləri siyahısına düşüb. O zamanlar Əhmədovun sərvəti 330 milyon dollar dəyərində qiymətləndirilirdi. Jurnalın 2013-cü ildəki reytinq cədvəlində isə azərbaycanlı biznesmen 1,3 milyard dollar vəsaitlə Rusiyanın 70-ci ən varlı adamı hesab olunub.
Evli və üç övlad atası olan Fərhad Əhmədov, deyilənə görə, nərd oynamağı və ov etməyi hər şeydən çox sevir. Onun sovet rəssamlarına məxsus, 60-cı illərə aid və sosart janrında çəkilən böyük rəsm kolleksiyasının da olduğu deyilir.

Biz bu dəfə “Oxşarlar” layihəsində Fərhad Əhmədovun oxşarını təqdim edirik. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz.

Milyarderin oxşarını da şübhəsiz ki, Azərbaycanda tanıyanlar çoxdur. Söhbət Oğuz rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovdan gedir.

O, icra başçısı postuna deputat mandatını itirəndən sonra, 2011-ci ildə gətirilib.
E.Qurbanov üçüncü çağırış Milli Məclisin deputatı idi. O, 2005-2010-cu illərdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini parlamentdə təmsil edirdi. 
2010-cu il 7 noyabr seçkilərində isə E.Qurbanov kənarda saxlanıldı. 
Eyvaz Qurbanov deputatlıqdan əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsini tutub. Sonra Bakı Olimpiya Komleksinin direktoru vəzifəsində işləyən Qurbanov Milli Məclisə də oradan gəlmişdi.
Prezident İlham Əliyev 20 aprel 2011-ci il tarixli sərəncamı ilə Oğuz rayonu İcra Hakimiyyətinin başçısını dəyişdi. Ölkə başçısının həmin gün imzaladığı sərəncamla  Eyvaz Qurbanov hazırki vəzifəsinə, icra başçılığıa gətirildi.
 
Fərhad Əhmədovla Eyvaz Qurbanovun üz cizgilərində, saç quruluşlarında oxşarlıq çoxdur.

Aşağıdakı şəkilə siz də diqqətlə baxın, necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..


A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/


Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/


Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/


Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/


Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/


Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/


Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/
 

Azərbaycandakı oxşarlar - IX... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33229/1/


Azərbaycandakı oxşarlar - X... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33500/1/


Azərbaycandakı oxşarlar - XI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/33817/1/


Azərbaycandakı oxşarlar - XII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34101/1/
 

Azərbaycandakı oxşarlar - XIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/34390/1/


Azərbaycandakı oxşarlar - XIV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/35012/1/


Azərbaycandakı oxşarlar - XV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
 //modern.az/articles/35675/1/
 

Azərbaycandakı oxşarlar - XVI... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36590/1/


Azərbaycandakı oxşarlar- XVII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/36950/1/


Azərbaycandakı oxşarlar - XVIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37279/1/


Azərbaycandakı oxşarlar - XIX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/37493/1/


Azərbaycandakı oxşarlar - XX... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/38252/1/
 

Hitlerin azərbaycanlı oxşarı XXİ… FOTO
//modern.az/articles/38486/1/


Azərbaycandakı oxşarlar - XXII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/39233/1

Azərbaycandakı oxşarlar - XXIII... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/40476/1/


Azərbaycandakı oxşarlar - XXIV... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/40655/1/


Azərbaycandakı oxşarlar - XXIV...
Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR
//modern.az/articles/41218/1/
 

Azərbaycandakı oxşarlar - XXV... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/41565/1/

Azərbaycandakı oxşarlar - XXVI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/41565/1/

Azərbaycandakı oxşarlar - XXVII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/42329/1/

Azərbaycandakı oxşarlar - XXVIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/43179/1/

Azərbaycandakı oxşarlar - XXIX... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/43781/1/

Azərbaycandakı oxşarlar - XXX... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/50605/1/

Azərbaycandakı oxşarlar - XXXI... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/51645/1/

Azərbaycandakı oxşarlar - XXXI... Onlar sizi də çaşdıra bilərlər? –FOTOLAR
//modern.az/articles/53224/1/

Azərbaycandakı oxşarlar - XXXII... Onlar sizi də çaşdıra bilərlər? –FOTOLAR
//modern.az/articles/56696/1/

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? -FOTOLAR
//modern.az/articles/61853/1/

Fəxriyyə Xələfova və bacısı - oxşarlar: modelyer və professor - FOTO
//modern.az/articles/63557/1/

Azərbaycandakı oxşarlar...
Onlar sizi də çaşdıra bilərlər? -FOTO
//modern.az/articles/69489/1/

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? -FOTO
//modern.az/articles/86041/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir