Modern.az

Ramzan Kadırovun qızları klipə çəkiliblər -VİDEO

Ramzan Kadırovun qızları klipə çəkiliblər -VİDEO

10 Oktyabr 2015, 20:05

Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızları İslamın əsaları haqda musiqili klipə çəkiliblər. Modern.az xarici mediyaya istinadən bildirir ki, bu haqda regionun rəhbərinin müşaviri Adam Şahidova məlumat verib.

“Klipdə Kadırovun üç qızı – Xutmat, Tabarik və Aşura çəkiliblər. Çeçen dilindəki mahnı böyük qız Xutmatın suallarına kiçik qız Aşuranın cavabları formasında yazıb”, - Şahidov deyib.

Ramzan Kadırovun 8 uşağından 6-sı “Quran”ı əzbər bilirlər. Böyük qız Xutmat əvvəllər də belə layihələrdə iştirak edib: o, Küveytin məşhur hafizi Mişari Rəşid əl-Afasi ilə birgə çıxış edib. Kiçik qız Aşura isə ilk dəfə belə klipə çəkilir.

//www.youtube.com/watch?v=QYmWyQW6Uvw 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu