Modern.az

Türkiyədə 3 günlük matəm elan edildi

Türkiyədə 3 günlük matəm elan edildi

Dünya

10 Oktyabr 2015, 20:42

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankarada törədilən terror aktı ilə bağlı  bəyanat verib.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoqğan deyib: “Ölkəmiz, xalqımız və demokratiyamız böyük bir terror hücumu ilə hədəf seçilib. Bu təcavüz hər hansı bir şəkildə tək bir qrupa, o mitinqə qatılan vətəndaşlarımıza və ya hər hansı bir siyasi birliyə qarşı deyil. Bu təcavüz, ölkəmizin bütünlüyünə qarşı edilən bir təcavüzdür”.

Baş nazir  terrorla bağlı 3 günlük milli matəm elan etdiklərini bildirib.

Bu hücumların 2 canlı bomba tərəfindən törədildiyi istiqamətində çox ciddi ehtimallar olduğunu da söyləyib: “Bu təcavüz ölkəmizin əmin-amanlığına, sabitliyinə birbaşa bir təcavüzdür. Əminəm ki, bu gün ölkəmizin hər tərəfində bütün vətəndaşlarımız bu təcavüzü özlərinə, ailələrinə, övladlarına edilən bir hücum olaraq görüblər. 

Ankaradakı terror hücumları ilə bağlı əmin olunuz ki, bu təxribat hər kim tərəfindən törədilibsə, hansı təşkilat bunları dəstəkləyibsə, arxalarında hansı gizli mərkəzlər dəstəyi təmin edibsə, hamısı ortaya çıxaracaq və layiq olduqları şəkildə cəzalandırılıb, hüquqa təslim ediləcəkdir”.

Ankarda törədilən iki partlayış nəticəsində 86 nəfər həlak olub. Yaralanan 186 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan 28-nin vəziyyəti ağırdır, 18-i üzərində əməliyyat aparılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar