Rusiya Federasiya Şurasının sədri Konstantin Kosaçev Moskva hakimiyyətinin Suriya müxalifəti ilə ünsiyyətdə olduğunu açıqlayıb.
Modern.az Axar.az-a istinadə xəbər verir ki, şura sədri bu haqda “Kommersant”a danışarkən açıqlama verib:
“Bu dialoqun mövcudluğuna baxmayaraq, biz telefonun o başından bizimlə danışanların Suriya Azadlıq Ordusunun səlahiyyətliləri olduğundan əmin deyilik və bu, Suriya üçün ciddi problemdir. Məncə, bu problem zaman keçdikcə dərinləşəcək.
Kosaçevin fikrincə, Suriya müxalifəti Rusiyanın İŞİD-ə qarşı apardığı mübarizədə müttəfiq ola bilər.
Modern.az