Modern.az

Bir şəklin tarixçəsi: Qara kürü - varlıların bəyənmədiyi fəhlə-kəndli yeməyi...

Bir şəklin tarixçəsi: Qara kürü - varlıların bəyənmədiyi fəhlə-kəndli yeməyi...

11 Oktyabr 2015, 16:32


17-ci əsrədək qara kürü kasıb kəndli yeməyi sayılırdı. Lakin sonralar əvvəlcə rus çarlarının, ardınca isə Avropa aristokratlarının süfrəsinə yol tapan qara kürü indi dünyanın ən ləziz və delikates ərzaq növü sayılır.

Modern.az saytı çoxdandır ara verdiyi Bir şəklin tarixçəsi” rubrikasına yenidən davam edir.

Ötən əsrin əvvəllərində Sovet İttifaqına daxil olan respublikalarda da qara kürü fəhlə-kəndli yeməyi sayılırmış. O zamanlar fəhlə və kəndli təbəqəsindən olan Sovet insanı keyfiyyətli balıq və əsl kürübün dadına asanlıqla baxa bilərdi.

Təqdim etdiyimiz şəkil də həmin dövrü əks elətdirir. Şəkildən göründüyü kimi, sadə Sovet vətəndaşları nərə balığı və qara kürü almaq üçün növbəyə düzülüb. Yəqin ki, o zaman mağazada açıq satışı həyata keçirilən nərə balığı, qara və qırmızı kürünün neçə illər keçəndən sonra yalnız varlıların qida növünə çevriləcəyini növbəyə duranlar təsəvvürlərinə belə, gətirmirdilər.  

Yeri gəlmişkən, vaxtilə Neftçala rayonundakı Bankə qəsəbəsində yerləşən Balıq Kombinatı fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dünya bazarına balıq, kürü ixrac edirdi. Məsələn, 1930-cu ildə ölkədə 550 ton qara kürü istehsal olunub. Kapitalizmin bərpasından sonra isə sözügedən kombinat məhv edildi və nəticədə qara kürü istehsalı kəskin azalaraq cəmi 2 ton səviyyəsinə düşdü. Sovet vaxtı hər kəsin sərbəst surətdə alıb istifadə etdiyi bu qidanın indi kloqramı 1200 dollara satılır və əhalinin ancaq zəngin təbəqəsinin qida rasionuna daxildir.

Azərbaycan indi də qara kürü istehsalçısı olmasına baxmayaraq, ölkə vətəndaşları onu ya yuxuda, ya da ən yaxşı halda toy süfrələrində görürlər. O da hələ keyfiyyətli kürü sayılmamalıdır.

Mütəxəssislər bildirirlər ki, normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı, balıq və balıq məhsulları da olmalıdır. Hər bir adam ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Azərbaycanda isə qara kürü yemək çoxları üçün əlçatmazdır. Xəzər dənizindən tutulan və dillər əzbəri olan nərə balığının kürüsü bir neçə əsr öncə olduğu kimi artıq kasıb yeməyi sayılmır. Yoxsul təbəqədən olan insanlar keçmişdən fərqli olaraq, əsl qara kürünü heç yuxuda görə bilməzlər.

Qara kürüdən daimi olaraq istifadə edənlər indi ancaq Azərbaycandakı varlılardır.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir