Modern.az

Korrupsiyadan yazan jurnalist döyüldü

Korrupsiyadan yazan jurnalist döyüldü

Dünya

11 Oktyabr 2015, 21:32



Almatada naməlum şəxs jurnalist və bloqer Bota Jumanovanı amansızcasına döyüb. Modern.az xarici mediaya istinadən bildirir ki, zərərçəkən beyin silkələnməsi də daxil olmaqla müxtəlif xəsarətlər alıb.

Qızın dostlarına istinadən verilən məlumata görə, Jumanovaya hücum axşam saatlarında evinin girəcəyində edilib. Naməlum şəxs arxadan jurnalistə yaxınlaşaraq, başından bir neçə zərbə vurub, bundan sonra yerə yıxaraq təpikləməyə başlayıb. Hücum video müşahidə kameralarına düşüb. Jumanovan tez-tez dövlət orqanlarındakı korrupsiya, iqtisadi problemlər və müxtəlif maliyyə institutlarının işi barədə yazıb.

Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır