Modern.az

Putin Suriya haqda açıq danışdı

Putin Suriya haqda açıq danışdı

Dünya

11 Oktyabr 2015, 21:37


Rusiya prezidenti Vladimir Putin ölkəsinin Suriyadakı əməliyyatlarının başlıca məqsədi və bu əməliyyatlara necə hazırlaşmaqlarından danışıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putin deyib ki, məqsədləri Suriyada qanuni hakimiyyət üçün situsiyanı stabilləşdirmək və siyasi kompromis üçün şərait yaratmaqdır.

O, Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı fəaliyyətini ciddi hazırlığın nəticəsi kimi dəyərləndirib: “Havada və yerdə nə baş verirsə, bu bir andaca verilən qərar deyil, nəzərdə tutulan planın yerinə yetirilməsidir”.

Putinin sözlərinə görə, hərbi əməliyyatlar başlamazdan öncə Baş Qəragahın mütəxəssisləri müvafiq informasiyalar əldə etməkdən ötrü kosmosdan və havadan kəşfiyyat aparıblar:

“Biz ilkin tədbirlər həyata keçirmişik ki, lazım olan yerdə və lazım olan məqamda kifayət qədər vasitə və güc, döyüş ehtiyatı toplaya bilək. Biz Bağdadda yerləşən informasiya mərkəzi ilə tərəfdaşlarımızla əlaqələrimizi uzlaşdırmışıq”.

O, növbəti dəfə qeyd edib ki, Moskvanın Suriyada quru əməliyyatları həyata keçirmək niyyəti yoxdur:

“Bizə nə özgəsinin torpağı, nə də təbii ehtiyatları lazımdır. Bizdə hər şey kifayət qədərdir. Biz özümüzü təmin edə biləcək qədər ehtiyata malik olan ölkəyik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır