Modern.az

Lukaşenko öz həyat şəraiti barədə danışıb

Lukaşenko öz həyat şəraiti barədə danışıb

Dünya

11 Oktyabr 2015, 22:11



“Gizlədiləsi bir şey yoxdur, evdə mənim heç kimim yoxdur”. Modern.az xarici mediaya istinadən bildirir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün keçirilən prezident seçkilərində 1 saylı seçki məntəqəsindəki səsvermədən sonra jurnalistlərə belə deyib. O, hansı şərtlər daxilində yaşamağından danışıb

Lukaşenko qeyd edib ki, by gün Pyotr Maşerovun dövründə tikilən və onun da yaşadığı evdən gəlib: “Həqiqətdir ki, onun böyük ailəsi olub, buna görə onun 3, yaxud 4 yataq otağı olub. Bilisiniz, mənim ailəm kiçikdir, buna görə bu qədər yataq otağı lazım deyil, mən orada kabinet, arxiv düzəltdirmişəm. Bu, yeganə yenidəıqurmadır ki, həmin evdə aparılıb. Qalan hər şey necə vardısa, elə də qalıb”.

Lukaşenko onu da qeyd edib ki, Maşerovun vaxtından fərqli olaraq böyük bağ salıb və özü də vaxtaşırı orada işləyir.  

Modern.az
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir