Modern.az

Deputatın köməkçisi öldürüldü

Deputatın köməkçisi öldürüldü

12 Oktyabr 2015, 12:14

Rusiyada iqtidardakı “Vahid Rusiya” Partiyasından Dövlət Dumasına üzv olan Raisa Karamzinanın köməkçisi öldürülüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 36 yaşlı İvan Ryazantsevin cəsədi Moskvanın şərqində yerləşən mənzilində tapılıb.

İlkin müayinələr deputat köməkçisinin bıçaqlanaraq qətlə yetirildiyini göstərir. 2011-ci ildə mərhumun maşınından külli miqdarda vəsait oğurlanmışdı.

Raisa Karamzina Dövlət Dumasında Büdcə və vergi komissiyasının üzvü olub.

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu