Modern.az

“Financial Times”: Türkiyə bölündü

“Financial Times”: Türkiyə bölündü

12 Oktyabr 2015, 17:20


İngiltərənin “Financial Times” qəzetində Ankarada sülh mitinqinə təşkil edilən bombalı hücumla əlaqədar iki ayrı yazı çap edilib.

Modern.az bildirir ki, BBC türkcənin tərcüməsinə görə, qəzetin İstanbuldakı müxbirinin xəbəri “Ankaradakı hücumun yaratdığı hirs, ölkədəki bölünmələri dərinləşdirə bilər” başlığındadır. 

O, yazır: “İqtisadi və siyasi sabitliksizliklə boğuşan ölkədə hücumun nəticələrinə nəzarət etmək güc olacaq. Hücumun məqsədi xaos yaratmaq idisə, bu bacarılmış kimi görünür.

Ölkənin siyasətçiləri bir-birinin boğazından yapışmış vəziyyətdədir. Kürdlərlə atəşkəs müvəffəqiyyətsizliyə uğradı və vətəndaş müharibəsi söz-söhbətləri artıq qulağa erkən gəlmir”.    

“Türkiyə dərin şəkildə bölündü”  

Qəzet Türkiyədəki bölünməyi yekunlaşdırarkən yazır: “Seçicinin bir qismi dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı bir qurtarıcı olaraq görərkən, geri qalanlar onun korlanmış bir diktator olduğunu düşünür”.  

Türkiyənin hazırda çox pis və dərin şəkildə bölündüyünü açıqlayan qəzet, həftə sonu yaşanan hücumla bu vəziyyəti dəyişdirmək ümidlərinin də azaldığını yazır.

“Türkiyədəki qarşıdurma İŞİD-ə yarayır”  

Xəbərdə təqaüdçü general Haldun Solmaztürkün fikirlərinə də yer verilir:

“Bütün bunlardan ən çox mənfəəti əldə edəcək olan tərəf  İraq-Şam İslam Dövlətidir (İŞİD). İŞİD Türkiyəni Suriyadakı döyüşə daha çox daxil olma mövzusunda ikinci dəfə düşünməyə məcbur edir. Digər tərəfdən də Türkiyə ilə kürdlər arasındakı qarşıdurmanı alovlandıraraq, meydandakı ən çətin düşməni olan kürdlərin diqqətini dağıtmağa çalışır. İki düşmənini qarşı-qarşıya gətirərək bir daşla iki quş vurmuş olur”.

Qəzet Türkiyə mediasında çıxan xəbərlərə istinad edərək  Suruçdakı bombalı hücumu təşkil edən təcavüzkarın böyük qardaşının Ankaradakı partlayışla əlaqəli ola biləcəyinə diqqət çəkir.    

Ölkədə son aylarda yaşanan digər hücumların da xatırladıldığı yazıda, 7 iyundakı seçkilərin ardından başlayan təxribat və rəsmi laqeydliklərin Türkiyəni idarə oluna bilməz bir ölkəyə çevirmə təhlükəsi ilə qarşı-qarşıya buraxdığı iddia edilir: “Heç kim hücumların arxasında kimin olduğunu qəti olaraq bilmir.

Problemin bir parçası da budur. Hətta hücumların tam olaraq araşdırıldığını söyləmək o qədər də mümkün deyil”.  

Yazı Türkiyənin bir çox fərqli təhdidlə qarşı-qarşıya olduğuna diqqət çəkərək sona çatır:  

“Suriyada hücum təşkil edən Rusiya təyyarələri Türkiyənin hava sahəsinə girdi. İŞİD sərhədində, Kürdlərlə döyüş yenidən alovlandı. İqtisadiyyatı zəifləyir.

Bütün bunlara əlavə olaraq təkrar seçkidə seçicinin qərarını dəyişdirəcəyi kimi görünmür. Ölkənin bu an ehtiyacı olan tək şey siyasi olaraq hesab verilə bilinməsinə geri dönüb, qütbləşməyə son verilməsidir.

Əgər edilməzsə, bu əhəmiyyətli NATO müttəfiqi və Avropa Birliyi üzvlüyünə namizəd ölkə idarə oluna bilməz hala gələcək”.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir