Modern.az

Elşad Paşasoy: “İnsanlara təzyiq edirlər ki, keçirdiyim görüşlərə gəlməsinlər”

Elşad Paşasoy: “İnsanlara təzyiq edirlər ki, keçirdiyim görüşlərə gəlməsinlər”

Media

30 Oktyabr 2010, 12:58

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd, Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy dünən seçki dairəsi üzrə iki kənddə görüşlər keçirilib. Bu barədə Modern.az –a məlumat verən Elşad Paşasoy deyib ki,  həmin görüşlər Yardımlının Alar və Şıxhüseynli kəndlərində baş tutub.

Dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən bu kəndlərin sakinləri Elşad Paşasoyla görüş zamanı ona indiyə qədər bu kəndlərə deputatlığa namizədlərin gəlmədiklərini deyiblər.  Elşad Paşasoy bildirib ki, siyahı üzrə bu kəndlərdə 1500 seçici var. «İnsanlsr həvəslə görüşə gəlirdilər. Bu kəndlər rayon mərkəzindən 35 kilometr uzaqda yerləşir. Kəndlərdə yollar bərbad haldadır. Sakinlərin sosial vəziyyət dözülməzdir. Seçicilər  payızın otrasında bu tərəflərə necə gəlib çıxdığımıza əməlli başlı təəccüblənmişdilər”.

Paşasoy qeyd edib ki, kənd sakinləri onun jurnalist fəaliyyətini izləyirlər və indiyə qədər həyata keçirə bildiyi işlərdən xəbərdardırlar.
“Görüşə gələnlər mənə səs verəcəklərini vəd etdilər. Amma səslərin düzgün hesablanmayacağı barədə narahatlıqlarını da gizlətmədilər. Görüşdə mənə dedilər ki, əgər səsləri saxtalaşdırılmasa və əhalinin seçdiyi şəxs seçilərsə, bu artıq Allahın möcüzəsi olacaq”.

Deputatlıqa namizədin seçki qərargahı həmin kəndlərdəki seçki məntəqələrinə müşahidəçilər təyin edib. E. Paşasoy həmçinin bildirib ki, icra sturkturları tərəfindən onun seçicilərlə görüşlərinə maneçilik törədilir.
“İnsanlara təzyiq edirlər ki, mənimlə görüşlərə gəlməsinlər. Bunu mənə görüşə gələn seçicilər deyirdilər”-deyə E. Paşasoy qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!