Modern.az

Qənirə Paşayeva seçicilərilə yeni görüş keçirib ®

Qənirə Paşayeva seçicilərilə yeni görüş keçirib  ®

Mədəni̇yyət

31 Oktyabr 2010, 23:09

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Xatınlı kəndinin sakinləri ilə görüşüb. Yüzlərlə qəsəbə sakininin qatıldığı görüşdə millət vəkili ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb. Bu 5 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışıdım deyən Qənirə Paşayeva  bu illər ərzində seçicilərinin ona etimadının daha da artdığını nəzərə alaraq yenidən namizədliyini 105-ci dairədən irəli sürdüyünü deyib.

 

Son 5 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin öz həllini tapdığını deyən millət vəkili bildirib ki, bu illər ərzində Xatınlı kəndini narahat edən problemlərin xeyli hissəsi də öz həllini tapıb. Xatınlı elektrik enerjisi ilə tam təmin olunur, kəndə təbii qazın verilməsi təmin olunub.  Xatınlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, kənddə qaz boruları çürüyüb sıradan çıxdığı üçün kəndə qaz verilməsi mümkün olmurdu və prezident İlham Əliyev Xatınlı da daxil olmaqla Tovuzun 5 kəndinin qaz sisteminin müasir standartlara cavab verən səviyyədə tamamilə yenidən çəkilməsi haqqında sənəd imzaladı və maliyyə vəsaitinin ayrılması haqqında göstəriş verdi. Artıq Xatınlı sakinlərinin əksəriyyəti qazla təmin olunub, yeni məhlələr adlandırdığımız yeni yaşayış evlərinə qaz çəkilməsi istiqamətində  də işlər gedəcək. Müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq nəticəsində kəndin yollarının bir hissəsi təmir olunub və.s Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə Xatınlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, qəsəbə sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

 

Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr, bilik marafonları nəticəsində son 5 ildə Xatınlı kəndi də daxil olmaqla Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. Millət vəkili onun təşəbbüsü və dəstəyi ilə artıq 5 ildir ki, Tovuz Televiziyası ilə birgə həm humanitar həm də dəqiq elmlər sahəsində bilik marafonlarının keçirilməsinin də Xatınlı kəndi də daxil olmaqla Tovuz rayonunda gənclər arasında təhsilə marağın daha da artmasına xidmət etdiyini vurğulayıb. O, xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə daxil olan gənclərin sayının hər il surətlə artdığını bildirib: “Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir”. Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artması istiqamətində Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin də böyük rol oynadığın deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb. 

Qənirə Paşayeva Xatınlı kəndinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 14-ə yaxın kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub. Qənirə Paşayeva  deyib ki, düz 25 illik fasilədən sonra Dövlət Filarmoniyasında Tovuz Aşıqlarının Konsertinin çox yüksək səviyyədə təşkil edə bilib ki, bu onun 5 illik fəaliyyətində ən çox zövq aldığı işlərdən biri olub. Tovuz Azərbaycan xalqının köklərinin bağlı olduğu aşıq musiqisinin mərkəzlərindən biridir, bu torpaq Azərbaycana və dünyaya böyük ustad aşıqlar bəxş edib deyən Qənirə Paşayeva gənclərin bu məktəbi yüksək səviyyədə davam etdirməsinin zəruriliyini vurğulayıb. Azərbaycanan Birinci Xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinə dəstəyinin müsbət nəticələrindən danışan Qənirə Paşayeva deyib ki, gənc aşıqlarımızın üzərinə bu sənəti bütün dünyada yüksək səviyyədə təqdim etmək missiyası düşür və biz onlara dəstək üçün əlimizdən gələni etməliyik.  Millət vəkili 5 illik fəaliyyəti dövründə Azərbaycanın qədim bölgələrindən biri olan Tovuzun tarixinin, abidələrinin, toponimlərinin araşdırılaraq yazılan kitabın çapına və çəkilən sənədli filmə də böyük məmuniyyətlə dəstək verdiyini vurğulayıb və gələcəkdə də bu cür kitabların yazılmasına  və sənədli filmlərin çəkilməsinə ehtiyac olduğunu deyib. 

Qənirə Paşayeva 5 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib.

   O, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nigahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması istiqamətində çalışdığını, bu istiqamətdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak etdiyini də vurğulayıb və bildirib ki, seçiciləri yenidən ona etimad göstərərlərsə gələcək fəaliyyətində də bu məsələlər onun üçün vacib mövzulardan olacaq.  

Görüşdə çıxış edən onlarla qəsəbə sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

 

 

 

 

 

 

Seçki Qərargahının məlumatı 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir