Modern.az

“Qarabağ problemi Azərbaycanın hər bir vətəndaşının namus, qeyrət məsələsidir”

“Qarabağ problemi Azərbaycanın hər bir vətəndaşının namus, qeyrət məsələsidir”

31 Oktyabr 2010, 23:55


“Dağlıq Qarabağ problemi Azərbaycanın hər bir vətəndaşının namus, qeyrət məsələsidir”, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa bitərəf namizəd Ülvi Quliyev oktyabrın 31-də seçicilərlə görüşündə belə deyib.

Deputatlığa namizəd qeyd edib ki, bəzi namizədlər Dağlıq Qarabağ məsələsindən sui-istifadə edirlər, münaqişənin həlli ilə bağlı reallığa uyğun olmayan vədlər verirlər: “Dağlıq Qarabağ münaqişəsi bir deputatın həll edəcəyi məsələ deyil. Bununla dövlət, prezident İlham Əliyev məşğul olur. Deputat isə bu prosesə dəskək verə bilər. Ancaq bu dəstək popilizmlə deyil, əməli işlərlə verilməlidir”.

İstirahət günü və havanın soyuq olmasına baxmayaraq vaxt ayırıb görüşə gələnlərə təşəkkürünü bildirən deputatlığa namizəd bildirib ki, noyabrın 7-də Azərbaycanın ictimai-siyasi həyatında çox vacib hadisə olan parlament seçkisi keçiriləcək. Ülvi Quliyev seçicilərdən səsvermədə fəal olmağı xahiş edib: “Hesab edirəm ki, ən vacib məsələ seçkidə fəal iştirak etməkdir. Sizi seçkidə fəal iştirak etməyə çağırıram. Sizinlə görüşməkdə məqsədim odur ki, seçkidə fəal iştirak edib mənə səs verəsiniz. Qeyd edim ki, sizlərlə görüşdən öncə dairənin ağsaqqalları, ziyalıları, idman ictimaiyyətinin tanınmış nümayəndələri və başqa insanlarla görüşmüşəm. Keçirdiyim bütün görüşlərdə mənə ciddi dəstək vermisiniz və bunu görüşlərdə fəal iştirakınızla nümayiş etdirmisiniz. Buna görə hər birinizə təkrar təşəkkürümü bildirirəm. İndi bu dairədə deputatlığa namizədlərin reytinqi ilə bağlı şıfahi sorğu keçirilsə, şübhəm yoxdur ki, hamınız mənə dəstək olarsınız və böyük üstünküklə birinci olaram. Amma əsas dəstəyi noyabrın 7-də, seçki günü gözləyirəm. Ona gərə də təvəqqə edirəm ki, dəyərli zamanınızdan ayırıb seçkilərə qatılasınız, ən layiqli namizədə səs verəsəniz. Əgər mənə etimad göstərsəniz sizləri Milli Məclisdə layiqincə təmsil edəcəm”.

Ülvi Quliyev çıxışında 2005-ci ildə deputat seçildiyi Nəsimi rayonundan deyil, 17 saylı Yasamal üçüncü seçi dairəsindən namizəd olmağı məsələsinə də toxunub. Deputatlığa namizəd bildirib ki, bəzi rəqibləri bu məsələdən onun əleyhinə istifadə etmək istəyirlər və bununla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar: “Əvvəla, mən Azərbaycan vətəndaşıyam və bu ölkənin hər bir yeri mənim üçün doğma və əzizdir. Azərbaycanın hər bir yeri mənim üçün eynidir. Yasamal və Nəsimi Bakının biri-birinə qonşu rayonlarıdır.  Şəxsən mən bu rayonlar arasında heç bir fərq görmürəm.

Mən başqa bir məsələyə də toxunmaq istəyirəm. 5 il Milli Məclisdə 17 saylı dairənin təmsilçisi olmayıb. Ona görə də müəyyən problemlərinizi səsləndirməyə deputatınız olmayıb. Mən bu yükü məsuliyyətlə üzərimə götürmək istəyirəm. Tam səmimi olaraq deyirəm ki, etimad göstərsəniz layiqincə təmsil edəcəm”.

Ülvi Quliyev 17 saylı Yasamal üçüncü seçki dairəsindən 14 namizədin olduğunu qeyd edib: “Bəzi namizədlər mənim komandamın necə işləməsindən, bu dairənin seçicilərinin mənə isti münasibətindən ciddi narahat olurlar. Onlar çarəsiz qaldıqlarını, seçkilərdə uduzacaqların bəribaşdan hiss edərək şantaj, böhtan, təhqir yolunu tutublar. Mətbuatda yalan məlumatlar yaymaqla məşğuldurlar. Qanunlarımıza zidd olaraq fəaliyyət göstərirlər. Mən isə bəyan edirəm ki, bu yol mənim yolum deyil. Qanunlara uyğun, şəffaf, ədalətli mübarizənin tərəfdarıyam. Kampaniyamız da buna xidmət edir”.

Digər namizədlərdən fərqli olaraq seçkilərə yalan vədlər verməkdən uzaq olduğunu deyən deputatlığa namizəd əlavə edib ki, əgər seçicilər ona etimad göstərsələr hər bir insanın probleminə həssaslıqla, diqqətlə yanaşacaq: “Mən sizlərə bundan başqa vəd vermirəm. 5 ildir deputatam və deputatın hansı məsələləri həll edə biləcəyi mənə məlumdur. Bəzi deputatların fəaliyyəti, əsassız vədləri nəticəsində insanlarda müəyyən pessimistlik yaranıb, incik düşüblər. Bəzi namizədlərin çıxışları, verdikləri vədlər insanda ikrah doğurur. Ona görə də bəzən deyirlər ki, deputat nə iş görə bilir ki? Deputat ən azından seçicilərin Milli Məclisdə təmsilçisidir. Dairənin 43 min seçicisi var və onların hamısının deputatdan razı qalması mümkün deyil. Heç kim düşünməsin ki, deputat onun evinin içində oturub onun maraqlarının təminatı ilə məşğul olmalıdır. Bu, mümkün deyil. Deputat problemləri gündəmə gətirə, onu lazımı instansiyalara çatdıra bilər. Əgər deputatın qaldırdığı 10 məsələdən 6-7-si həllini tapırsa, bu, böyük işdir. Bilirsiniz, elə məsələlər var ki, dövlətin dəstəyi olmadan onu həll etmək mümkün deyil. Sözsüz ki, mənə səs verənlər. kömək etmək borcumuzdur. Səs verməyənlərə isə daha çox dəstək verməliyik ki, fikirləri dəyişsin, insanlara, görülən işlərə obyektiv qiymət verə bilsinlər. Sizləri doğru danışan, səmimi, layiqli namizədə səs verməyə çağırıram. Əgər mənə səs versəniz hər zaman sizin xidmətinizdə olacam, ayda ən azı 2 dəfə seçicilərlə görüş olacaq. Bizimlə görüşmək problem olmayacaq. Sizlərə paylanan bukletlərdə əlaqə telefonları var. Həmin telefon nömrələri hər zaman sizin xidmətinizdədir”.

Ülvi Quliyev deyib ki, həmişə müstəqil Azərbaycan dövlətçiliyi, prezident İlham Əliyevlə fəxr edib: “Mən müxalifətin fikrilərinə də dözümlü yanaşıram. Amma reallığa obyektib qiymət vermək, Azərbaycanda gedən inkişafı görmək lazımdır. Heç kim demir ki, Azərbaycanda müəyyən problemlər yoxdur. Cənab prezident İlham Əliyev də çıxışlarında qeyd edib ki, qarşıda görüləcək çox işlərimiz var. Əsas məsələ bu problemlərin həlli yollarının məlum olmasıdır. Milyonlarla insanın problemlərini bir günün içində həll etmək mümkün deyil”.

Seçici Abbas müəllim söz alaraq deyib ki, görüşdə bu il ilk dəfə səs verəcək seçicilər iştirak edir: “Bu gənclər Ülvi Quliyevə səs verəcəklər. 5 ildir ki, Milli Məclisdə bizim deputat olmayıb. Bu da problemlərin yığılıb qalmasına səbəb olub. Biz Ülvi Quliyevə dəstək verəcəyik ki, o da problemlərin həllində bizə dəstək olsun”.

Dıgər görüş iştirakçısı qeyd edib ki, hazırda 21 saylı Nəsimi dairəsəndən namizədlərdən birinin vəkilidir: “Seçicilərlə görüşdə onlar yalnız Ülvi Quliyevdən danışırlar. Onlar deyir ki, əsl deputat Ülvi Quliyev kimi olar. Siz isə asanı qoyub çətini seşmisiniz. Bu isə hər kəsin işi deyil”.

 

 

 

 

 

 

 


Ülvi Quliyevin Seçki Qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür