Modern.az

Biz axı niyə beləyik..?

Biz axı niyə beləyik..?

31 Oktyabr 2010, 23:56

Biz azərbaycanlıların böyük bir dərdi, sağalmaq bilməyən bir yarası var - Qarabağ yarası. Bu yara hər dəfə ATƏT-in Minsk qrupunun üç nəfər boş-bekar həmsədri Bakıya gəlib gedəndə yenidən qanayır, sonra onlar çıxıb gedir Xankəndinə, İrəvana, oradan uçurlar öz evlərinə və yaramız da qaysaq bağlayır, sonra düşmən tapdağı altında qalmış rayonlarımızın işğal günündə yenidən qanayır… Proses 20 ildir bax beləcə davam edir. Biz yalandan da olsa çalışırıq ki, Qarabağ savaşını xaricdə, beynəlxalq təşkilatların yüksək tribunalarında da aparaq, aparırıq da. Amma onlar, türkün məsəli, əlimizə kağız parçasından başqa heç nə vermirlər. Məsələn, BMT-nin, Avropa Şurası kimi zırıltı təşkilatların elə Qarabağ savaşının yaşı qədər olan qərar və qətnamələri indiyəcən Ermənistan tərəfindən icra olunmayıb. Bu ona bənzəyir ki, 1991-1992-ci illərdə Dağlıq Qarabağdan və digər rayonlardan didərgin düşənlər gəlib Bakıda və digər bölgələrdə yerli əhalinin şəxsi evinə giriblər və indi həmin evdə qaçqın yaşadığı halda evin sənədi başqasının əlindədir. Yəni ev sahibi əlində sənəd ola-ola öz evində yaşaya bilmir. Biz indi bax, beləyik. Əlimizdə tarix boyda sənədlərlə yanaşı, zırıltılı beynəlxalq təşkilatlar tərəfindən verilən çoxlu kağız parçası da var. Amma nə olsun? Biz ki, öz evimizdə yaşaya bilmirik…

Zırıltılı təşkilatlar demişkən, yadıma bir məsələ düşdü. Zırıltılı ölkələr də var ki, biz öz haqq səsimizi o ölkələrdə də eşitdirməyə çalışırıq. Amma hər ölkədə bir cür iş qurmuşuq. Elə ölkələr də var ki, bizim Qarabağ müharibəsindən öz xeyrinə istifadə edir. Məsələn, qonşumuz Gürcüstan. Bu ölkədə «bico»lar Qarabağa bənzər dərd çəkirlər. Ermənilər gürcüləri də bizim günümüzə salmaq istəyir, Gürcüstan torpaqlarına iddia edirlər. Amma baxaq görək gürcülər öz dərdlərini qoyub bir kənara, Qarabağdan necə pul qazanırlar. Gürcüstanda maşın bazarı, Sadaxlı bazarı var. Bu bazarlarda gürcülər at oynadır. Azərbaycanlılar gəlib pul verir ki, yaxşı yerləri bizə verin, ermənilər də pul verir ki, “azəriləri qovun burden”. Amma bəzən azərbaycanlılar ermənilərlə eyni piştaxtanın arxasında oturub alver də edir, təki pul olsun. Maşın bazarında da ermənilərlə bizimkilərin işi «xod» gedir. Gürcülər də bundan yaxşı faydalanırlar. Məsələn, maşın almaq üçün Gürcüstana gedən azərbaycanlılar gecə orada oteldə qalası olsalar, otelin işçiləri onların azəri olduğunu bilən kimi gəlib bizimkilərə erməni qızı təklif edirlər. Bizimkilər də xoşlayır ki, Qarabağ dərdinin bu ağır vaxtında Gürcüstanda erməni qızı ilə kef eləyib gəlib Azərbaycanda ağız dolu danışsın ki, ermənilər üzərində «tam qələbə» qazandım. Mənə bu barədə iki dəfə danışıblar və mən də üç nəfərə «afərin» demişəm. Necə işdirsə, Gürcüstanda erməni qızlarını azərbaycanlılara 15-20 dollara təklif edirlər. Özü də erməni qızları səhərə kimi bizimkilərin otağında qalmağı xoşlayırlar. Gürcülərin otelinə erməni gələndə isə ona azərbaycanlı qızı təklif edirlər - 30-40 dollara. Bax beləcə, Gürcüstandakı otellərin yataq otaqlarında «Qarabağ savaşı» gedir. Türkiyədə Qarabağ davası dildə deyilir, əməldə bizimkilər öz işindədir, türklər öz işində, ermənilər də həmçinin.

Ayıbdır söyləməsi, Türkiyədə biləndə ki, sən azərbaycanlısan, o saat burden gedən ayağı sürüşkən qadınların toplaşdığı kazino, restoran və otelləri göstərirlər. Ermənilər isə evlərdə, küçələrdə hamballıq edirlər. Erməni qızları Türkiyədə fahişəlikdə xüsusi yer tutub. Onlar elitar fahişə sayılırlar. İranda Qarabağdan danışanın dilin kəsirlər. Ona görə ki, İrana Qarabağ yox, boş ərazi lazımdır ki, narkotik əkib becərsin. Rəsmi iranlılar dildə Qarabağı Azərbaycana verirlər, əməldə isə ermənilərə. İsraildə azərbaycanlılarla ermənilər eyni satatusa malikdirlər, amma ermənilər qazandıqları pulları Ermənistana, silah-sursata, terrorçu erməni təşkilatlarına xərclədiyi halda, bizimkilər otel, restoran və ya gözəllik salonu açıb biznes qurur və Azərbaycandakı bacı-qardaşa aylıq «cib xərcliyi» göndərməklə gününü xoş keçirdir.

İraqda vəziyyət başqa cürdür, ona görə də İraqı qoyub bir kənara, keçirik Amerikaya. ABŞ-da bizimkilər hələ indi-indi göz açmağa başlayıblar. Amma ermənilər artıq Amerikanı barmaqlarına dolayıb. Amerikada Qarabağ davası Senatdan o yana keçmir. Hər il ermənilər qondarma «erməni soyqırımı» məsələsini ortaya atanda, bizimkilərin də yadına düşür ki, gərək ermənilərə cavab verək. Yaxud da, ermənilər Amerikada hansısa xəritədə dəyişiklik edib Qarabağı Ermənistan ərazisi kimi göstərirsə, ya da Azərbaycanı ümumiyyətlə, dünya xəritəsindən silirsə, biz bundan bir ay sonra xəbər tuturuq və başlayırıq hay-küy salıb xəritəni dəyişməyi tələb etməyə. Bizim gücümüz Amerikada o qədər zəifdir ki, Metyu Brayza kimi gənc diplomat-kürəkəni Bakıya səfir göndərə bilmirik. Hətta Obamanın da buna gücü çatmır. İngiltərədə də eyni proseslər baş verir. Xəritə, Lordlar Palatası ermənilərin əlindədir. İngilislər şokdadır. Almaniyada ermənilər Qarabağı qoyub bir kənara, bizi biabır etməklə məşğul olurlar. Məsələn, Qarabağdan köçən ermənilər Almaniyada Azərbaycan vətəndaşı kimi qeydiyyata düşürlər və SSRİ vaxtından gəzdirdikləri Azərbaycan pasportu ilə fırlanırlar. Özləri qəsdən oğurluq edirlər, küçədə telefon aparatlarını, siqaret köşklərini yarıb pul aparırlar. Həbs olunanda isə Azərbaycan vətəndaşı kimi təqdim olunurlar və beləliklə də, statistika üzrə Almaniyada oğurluqla məşğul olan Azərbaycan mühacirlərinin sayı artır. Bu isə orada yaşayan soydaşlarımıza problem yaradır. Üstəlik, ermənilər vətəndaşlığımızı gəzdirdikləri üçün Azərbaycandan didərgin düşdüklərini iddia edib bizə qarşı siyasi oyunlara da gedirlər.

 

Ərəb ölkələrindən, xüsusən də Dubaydan danışmıram. Çünki oralarda Qarabağdan yox, başqa şeylərdən danışırlar. Orada hər şey fərqlidir. Pakistanda aləm dəyib bir-birinə, heç Qarabağ yada düşmür. Çində isə vəziyyət başqadır. Çinlilər gəlib bizim ölkəmizdə əllərində xırdavat satıb Qarabağı qaytarmaq üçün pul yığırlar. Yaponların nəyinə lazım Qarabağ? Bəs görəsən, Qarabağ kimə lazımdır? Bizim birləşməyə daha çox ehtiyacımız var. Bizə birlik çox lazımdır. Bu gün biz birləşmək üçün hələ ilk addımlarımızı atırıq. Hansı ki, bunu çoxdan etməliydik. Ancaq irəliyə atılan hər bir addımı alqışlamaq lazımdır. Bizim birləşməyimiz təkcə dövlətin əlində deyil. Dövlət tərəfindən görülən işlər bir yana, biz özümüz özlüyümüzdə də haqq səsimizi, həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Elə bilirsiniz hansısa erməni hansısa xəritəni saxtalaşdıranda Ermənistanın bundan xəbəri olur? Yox. Amma hər bir erməni düşünür ki, o, nəsə etməlidir. Hansı ki, onun buna haqqı yoxdur. Çünki erməni Qarabağı istəyir, amma Qarabağ onun deyil. Ancaq Qarabağ bizim ola-ola biz bunu sübut edə bilmirik. Ən böyük dərdimiz budur…

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür