Modern.az

Vətənə lazım insan... ®

Vətənə lazım insan...  ®

1 Noyabr 2010, 11:25

“Mən həyatımı belə Aydın Abbasovun yolunda qurban verməyə hazıram”, - deyən cavan oğlandan bunu nəyə görə etməyə hazırsan soruşanda, fikirləşmədən dedi: “Çünki mən ailəmə və bir neçə dost-tanışa lazımsamsa, Aydın ölkəmizə, Gəncəmizə lazım olan bir adamdır”.

37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasovun demək olar ki, bütün görüşlərində insanların ona olan səmimi münasibətlərini ifa edən dəyərli, ürəklərdən gələn bü cür ifadalərə tez-tez rast gəlmək olar. Ancaq bu gəncin sözləri  həmin görüş iştirakçılarını qövrəltdi, görüşə qeyri-adı bir ab-hava gətirdi.

Dögrudan da Bağbanlar qəsəbəsi həmişə sözü üzə deyən, mərd və cəsarətli insanları ilə seçilib. Bax elə dünən keçirilən görüşdə də onlar güclü yağış yağmasına baxmayaraq qayğı və problemləri haqda Aydın Abbasova ürək dolusu danışdılar, onu bir daha özlərinə deputat seçəcəklərini qeyd etdilər.

Bağbanlar qəsəbəsinin Qarammədli adlandırılan bu məhəlləsi əsasən ötən əsrin sonlarında qeyri-qanuni salındığından burada bir çox məişət problemləri mövcud olub. Lakin son illərdə regionların inkişaf proqramı şərçivəsində və Aydın Abbasovun deputat təşəbbüsləri nəticəsində onların bir çoxu öz həllini tapmışdır. Bu məsələyə bir daha aydınlıq gətirək deputatlığa namizəd Aydın Abbasov qeyd etdi ki, bu ərazinin əsas problemi olan kanalizasiya və su problemi də gələn ildən başlayaraq öz həllini tapacaqdır. Çünki Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında beynəlxalq maliyyə qurumları ilə bu məsələnin həlli üçün müqavilələr imzalanıb və 2011-ci ldən başlayaraq Gəncədə dəyəri on millyonlarla ölçülən iri layihənin icrasına başlanacaqdır və bunun nəticəsi olaraq Gəncədə ümumiyyətlə kanalizasiya və su problemlər birdəfəlik həll ediləcəkdir. Aydın Abbasov isə öz növbəsində bu və digər problemlərin icrasını iş planlarına salaraq salahiyyətləri çərçivəsində daima nəzarətdə saxlayacaqdır.

Aydın Abbasov öz çıxışının sonunda seçicilərin bir daha nəzərinə çatdırdı ki, onun bu gün şəhərin ayrı-ayrı yerlərində seçki qarərları fəaliyyət göstərir. Bu qərargahlara hər gün yüzlərlə adam gəlib, öz qayğı və təklifləri ilə bölüşürlər. Bütün bu təkliflər analiz edilir və məhz onların əsasında Aydın Abbasov gələcəkdə öz fəaliyyətini qurmağı planlaşdırır. Seçicilərin dili ilə desək: “Sənə bu fədakar işlərində uğurlar olsan, Aydın”.  

 

 

 

 

 


Seçki qərargahı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir