Modern.az

Azərbaycan millisi FİFA-nın reytinqində irəliləyib

Azərbaycan millisi FİFA-nın reytinqində irəliləyib

16 Oktyabr 2009, 15:09

FİFA dünyanın futbol üzrə milli komandalarının oktyabr ayına olan reytinq cədvəlini elan edib.
Siyahıya 1632 xalla Braziliya yığması başçılıq edir. İspaniya 1629 xal toplayaraq 2-ci, Hollandiya kollektivi isə 1340 xalla 3-cüdür. FİFA-nın rəsmi saytının verdiyi məlumata görə, sonrakı yerləri müvafiq olaraq İtaliya, Almaniya, Argentina, İngiltərə, Xorvatiya, Fransa və Portuqaliya tutub.
Azərbaycan milli komandası ötən ayla müqayisədə 14 pillə irəliləyərək 125-ci pilləyə yüksəlib. Komandamızın aktivində 213 xal var. Reytinq cədvəlində ən çox irəliləyən komanda isə Ermənistan yığması olub. Ermənistan kollektivi ötən ayla müqayisədə 25 pillə irəliləyərək 100-cü yerdə qərarlaşıb. Ermənilərin aktivində 325 xal var. Reytinq siyahısında Rusiya 12-ci, Türkiyə futbol yığması isə 39-cu pillədə qərarlaşıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir