Modern.az

DİN polkovnik-leytenantı: “Əhalinin artımı fonunda polisin sayı azalır”

DİN polkovnik-leytenantı: “Əhalinin artımı fonunda polisin sayı azalır”

1 Noyabr 2010, 13:13

Qonşu Rusiya bir neçə gün öncə milis sistemindən imtima edib polisə keçdi. Bu islahat nəticəsində dünəndən Rusiyada yol milislərinin sayı 20 faiz ixtisar olundu.
Modern.az saytına daxil olan məlumata görə, yaxın zamanlarda Azərbaycanda da da Dövlət Yol Polisi əməkdaşları arasında ixtisarlar olacaq. Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis polkovnik-leytenantı Ehsan Zahidov Modern.az saytına bildirdi ki, Azərbaycan qonşu dövlətlərlə, o cümlədən, Şərqi Avropa dövlətləri ilə müqayisədə əhalinin hər 100 min nəfərinə düşən polis əməkdaşının sayına görə ən sonuncu yerlərdən birini tutur: “Onu deyə bilərəm ki, ölkəmizdə polisin sayı ümumi respublika əhalisinin sayına görə azdı. Bir neçə il bundan qabaq ölkəmizdə polis əməkdaşları arasında müəyyən  ixtisarlar olundu. Son zamanlar əhalinin sürətlə artım fonunda polisin sayının artmaması sonda polisin sayının aşağı olmasına gətirib çıxarır. Ona görə də polis sıralarında ixtisarların aparılması gözlənilmir. Əgər konkret söhbət yol polisi əməkdaşları arasında ixtisarlardan gedirsə, ölkəmizdə iqtisadi artımla əlaqadar maşınların sayının gübəgün, saatbasaat artması zamanında Yol Polisi əməkdaşlarının ixtisar olunması arzu olunan bir hal olmaz. Konkret olaraq, yaxın vaxtlarda Dövlət  Yol Polisi əməkldaşları arasında heç bir ixtisarların olacağı gözləniulmir”.   

Mail Ağaxamov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı