Modern.az

Fəzail Ağamalı Peykdə olub... ®

Fəzail Ağamalı Peykdə olub... ®

Təhsil

1 Noyabr 2010, 13:29

  60 Saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alının Fəzail Ağamalının seçicilərlə kütləvi görüşü sona çatmışdır. O, oktyabrın 28 də I və II Varlı, oktyabrın 29 da Aşağı və Yuxarı Noxudlu, Düzənlik, oktyabrın 30 da isə Kolanı və Peyk kəndlərində seçicilərlə görüşmüş, görüşdə çox saylı kənd əhalisi iştirak etmişdir. Görüşdə çıxış edən seçicilər region üçün səciyyəvi olan kəndlərin qazlaşdırılması, yolların bərpa olunması, məktəblərin bərpası, yeni məktəb binalarının tikilməsi və Düzənlik, I və II Varlı, Kolanı və Peyk kəndlərində sutəmizləyici qurğuların yerləşdirilməsi kimi məsələlərin həllini vacib olduğunu vurğulamışlar. Fəzail Ağamalı ötən beş ildə fəaliyyətinin bütün tərəfləri üzərində dayanmış, seçicilər qarşısında bir daha hesabat verərək, onların diqqətinə çatdırmışdır ki, onun da ciddi səyləri nəticəsində 2007 ci ildə Salyanın bütün kəndlərinin qazlaşdırılması haqqında dövlət proqramı qəbul edilmişdir, məktəblərin tamamilə yenidən qurulması üçün dövlət proqramı hazırlanılır, yolların müasir tələblər səviyyəsində qurulması prosesi də getdikcə sürətlənir. Bu və buna bənzər problemlərin aradan qaldırılması ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədi.Ölkə pezidentinin xususi tapşırığına əsasən 2013 cü ilə qədər yuxarıda qeyd olunan bütün problemlər tam aradan qaldırılacaq.

Fəzail Ağamalı  eyni zamanda, prezident İlham Əliyevin xarici siyasətinin uğurları üzərində dayanmış, işgal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində ortaya qoyduğu siyasi iradənin, qətiyyət və prinsipiallığın yaratdığı üstünlükləri önə çəkmiş, seçiciləri ölkə prezidenti ilə hər zaman bir olmağa səsləmişdir.

Seçicilər Fəzail Ağamalı ilə görüşdən razı qaldıqlarını və qarşıdan gələn parlament seçkilərində bir daha ona səs verəcəklərini bildirmişlər.

Oktyabrın 31 də Fəzail Ağamalı seçki  qərərgahında Xıdırlı, Kürsəngi, Qarabağlı, Təzəkənd və Çuxanlı kəndlərinin nüfuzlu şəxsləri ilə fərdi  görüşlər keçirmişdir.

 

 

 

 

 


Fəzail Ağamalının seçki qərargahı  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?