Modern.az

Fuad Muradov bir gündə seçicilərlə 7 görüş keçirib

Fuad Muradov bir gündə seçicilərlə 7 görüş keçirib

1 Noyabr 2010, 14:06

29 saylı Səbail seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Fuad Muradov seçicilərlə görüşünü davam etdirir. Əsasən seçicilərin namizədlə görüşmək istəklərini nəzərə alaraq Fuad Muradovun seçki qərargahı təqvim planı hazırlayır. Oktyabrın son günü bir-birinin ardınca 7 möhtəşəm görüş keçirilib. Səbail rayonunun Xanlar 11, Qurban Abbasov 3, 5, 7 ünvanları ilə başlanan görüşlər daha sonra Əlibəyov qardaşları 20, Aydın Məmmədov 23/25, Mətbuat prospekti 102, küçələrində davam edib. Sonra deputatlığa namizəd Fuad Muradov rayonun Yüzbəy Mürsəlov 20-25, Y. Mürsəlov 151 və Çernyaxovski 18 küçələrinin sakinləri ilə görüşüb. Yüzlərlə seçicinin iştirak etdiyi görüşlərdə deputatlığa namizəd Fuad Muradov və onun vəkilləri çıxışlar edib. Namizədin özü və platforması haqqında məlumat verilib. Bildirilib ki, Fuad Muradov ötən 5 ildə gördüyü işlərlə hər bir Səbail sakininə tanışdır. Məhz onun səyləri nəticəsində bir sıra əhəmiyyətli sosial problemlər həll olunub. Bununla yanaşı Fuad Muradov seçicilərini hər zaman qəbul edən və onların istəklərini Milli Məclis və digər qurumlar qarşısında bildirən bir deputat kimi xarakterizə edilir. Onun yenidən Milli Məclis üzvlüyünə namizəd olması yarımçıq qalmış işləri tamamlamaq və Azərbaycanın haqq səsini dünyada bəyan etməyə hesablanıb. Görüşlərdə deputatlığa namizəd Fuad Muradov da çıxış edib. Bildirib ki, deputat seçiləcəyi təqdirdə vətəndaşların rifahı naminə var gücü ilə çalışmağa, gənclik enerjimi əsirgəməməyə hazırdır. Səbailin problemlərinə yaxından bələd olduğunu qeyd edən Fuad Muradov növbəti 5 ildə bu istiqamətdə öz fəaliyyətini davam etdirmək niyyətində olduğunu açıqlayıb.
F. Muradov Azərbaycanın ərazi bütövlüyü məsələsinə də toxunub. «Heç bir azərbaycanlı öz dövlətində köçkün olmamalıdır. Azərbaycan torpağının bir zərrəsi belə düşmən tapdağında qalmamalıdır. Mən Azərbaycanın ərazi bütövlüyünün bərpasının  gələcək nəslə ötürülməməsi üçün var qüvvəmlə çalışacağam».
Görüşlərdə seçicilər də çıxış edib. Qeyd olunub ki, Fuad Mu­ra­dov ali­cə­nab, fə­da­kar bir in­san ki­mi ta­nı­yınır. O,  "tək özü­mə yox, ət­raf­da­kı­la­ra da bö­yük diq­qət ye­tir­mə­li­yəm!" prin­si­pi­nə önəm ver­ir. Müa­sir dü­şün­cə tər­zi­nə və ge­niş tə­fək­kü­rə ma­lik bir in­san­dır. Gənc nəs­lin içə­ri­sin­dən be­lə şəx­s­lə­rin se­çil­mə­si bi­zim gə­lə­cə­yi­miz üçün ümid­lər ve­rir.

 

 

 

 

 

 


Seçki qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər