Modern.az

“Klip təcrübəmiz iməkləmək mərhələsini keçir”

“Klip təcrübəmiz iməkləmək mərhələsini keçir”

2 Sentyabr 2009, 13:30

Azərbaycanda çəkilən kliplər haqqında fikirlər birmənalı deyil. Sənətşünas Aydın Dadaşov Modern.az saytına klip mədəniyyəti, onların keyfiyyəti haqqında danışıb: “ Bizim kliplər tipoloji cəhətdən bir-birindən fərqlənirlər. Söhbət sosial mövzulu kliplərdən gedirsə, bu ənənə bizdə inkişaf etməyib. Düzdür, müəyyən işlər görülüb.Məsələn, ekologiya məsələləri, uşaq hüquqları haqqında kliplər var. Bu işlə aidiyyəti nazirliklər məşğul olmalıdırlar. Ümumiyyətlə, yüksək səviyyəli  kliplərimiz  yoxdur.” 

Aydın Dadaşovun fikrincə, kliplərin əsas nöqsanları onların bir-birinə oxşar olmasıdır: “Mövzu, ideya təkrardır. Fərqlilik hiss olunmur. Vahid sujet xəttini əsas tutub bir qədər asan yola meyl edirlər. Digər tərəfdən, kliplərdə  drammaturji cəhətdən mükəmməllik görmürəm ”-deyə sənətşünas bildirib.

Müsahibimiz vətənpərvərlik mövzulu kliplərin qənaətbəxş olduğu qənaətindədir: “İstər ideya, istərsədə peşəkarlıq baxımından bəzi müğənnilərin dövlət siyasətinə xidmət edən  vətənpərvər mövzulu klipərində  təqdir olunmalı cəhətlər var”.

 

Xalq artisti Flora Kərimova isə Modern.az-ın müxbirilə söhbətində bildirib ki, Azərbaycanda peşəkar klip təcrübəsi yoxdur. Bu sahənin inkişafı üçün dünya təcrübəsindən yararlanmaq lazımdır: “ Mən rejissorlarımızı, klipmeykerləri gönahlandırmaq da istəmirəm. Bu, bizdə yeni sahədir. Digər tərəfdən peşəkar klip çəkmək üçün ciddi maliyyə imkanları olmalıdır. Bu olmayandan sonra həmin şəxslər haqqında mənfi fikirlər demək olmur. Başqa cür ifadə etsəm, bizim klip təcrübəmiz hələ iməkləmək mərhələsini keçir.”

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir