Modern.az

Havalar soyudu, qiymətlər qalxdı - REPORTAJ

Havalar soyudu, qiymətlər qalxdı - REPORTAJ

17 Oktyabr 2015, 16:22

 Havalar soyuyar-soyumaz bazarlarda qiymət artımı müşahidə olundu. Elə bu mövzunu araşdırmaq üçün paytaxtdakı məşhur “Yaşıl” bazara yollandıq. Bazarda aktivlik müşahidə olunurdu. Amma qiymət artımından narazı olanlar həm satıcılar, həm də alıcılar idi.

İlk həmsöhbətimiz bazarda işləyən Səlim adlı satıcı oldu.

-Sizcə havalar soyuyan kimi qiymətlərin artımına səbəb nədir?

- Mövsümlə əlqədar olaraq, məhsul az olanda qiymət bahalaşır, çox olanda isə onun qiyməti Düşür. Yəni havalar soyuqduğundan kəndçinin məhsulu az olur və bu da qiymətin bahalaşması ilə nəticələnir. Məsələn, nar əvvələr bizə 30 qəpiyə gətirilirdi, üstünə də 20 qəpik qoyub 50 qəpiyə satırdıq. Yeni yığılan almalar da, heyvalar da həmçinin.

- Başqa hansı səbəblər var?  

- Qiymət artımının başqa bir səbəbi də malın kefiyyətilə bağlıdır. Keyfiyyətsiz mal ucuz satıldığına görə alıcılar da bizdən tələb edir ki, “siz də ucuz satın”. Amma bizdə məhsulun kefiyyətini nəzərə aalaraq bunu edə bilmirik, baha alırıq və 15- 20 qəpik üstünə qoyub satırıq.   İndi nar mövsümü olduğundan narın qiymətində daha çox dəyişiklik olur. Hər qiymətə nar tapmaq olar. Xarab, giləsi kiçik olan narlar ucuz qiymətə, amma yaxşı keyfiyətli narlar baha olur. Bazarda yerpulu və digər xərclər qiymətə təsir edir. Digər səbəb rayon maşınlarının şəhərə buraxılmaması ilə əlaqədardır. Kəndçi malını bazara çıxara bilmir. Kəndçidən alan bazara gətirir. Təbii ki, aldığı məhsulun üstünə  pul qoyub satır və bu da onun qiymətinə təsir edir. Kəndçi öz həyətindən yığdığı məhsulun bir kilosunu 30 qəpiyə satır, onu bazara gətirən bizə 50 qəpiyə verir, biz alverçilər də 70 qəpiyə satırıq. Məhsulun birinci əldən alınmaması onun qiymətinin qalxmasına səbəb olur.  

***

Növbəti həmsöhbətimiz isə alıcı oldu. Bakı Şəhər 13 saylı orta məktəbin biologiya müəlllimi, 68 yaşlı Ağa Poladov bazar qiymətlərindən narazı idi.

- Bazarda bahalaşma büdcənizə uyğundurmu ?  

- Qiymətlər  bahadır. Məvacibimə  və evimizin ümumi büdcəsinə görə, aldığımız malların dəyəri cox baha olur. Qış aylarında malların qiyməti qalxsa da, aldığım məvacib qalxmır. Dövlət nəzarətinin zəif olması da bazarda qiymətlərin qalxmasına səbəb olur. Kim nə qiymət istəsə, o qiymətə də satır. Mənim fikirimcə bazarda nəzarət olmalıdır.

***

Mövzuyla bağlı ekspert rəyi də öyrəndik. Kənd təssərufatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a açıqlamasında bildirdi ki, qiymətlərin bahalaşması tək hava şəraiti ilə bağlı deyil. Onun sözlərinə görə, məhsuldarlığın aşağı düşməsi, istehsalın azalması, məhsulun az olması kimi amillər qiymətlərin bahalaşmasına gətirib çıxarır.


“Bildiyimiz kimi qışın ehtiyyat məhsulları yeni inşa olunmuş anbarlarda saxlanılır. Amma bu məhsulun yaxşı qalmasına zəmanət verilmir. Məhsulun müəyyən hissəsi xarab olaraq itkiyə gedir və sahibkar qoyduğu maya dəyərini götürmək, həm də gəlir əldə etmək üçün onu baha satmağa məcbur olur.

Digər səbəb isə topdansatış mərkəzlərinin müəyyən dairələrin əlində  olması və onlar da xaricdən gətirilən mallara istədikləri qiymətləri qoymasıdır. Hazırda Azərbaycanda alıcılıq qabilyyəti düşüb. Amma topdansatış mərkəzləri  buna əhəmiyyət verməyərək qiymətləri bahalaşdırmağa davam edirlər”.


Ağa AKİFOĞLU

Emil RASİM


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?