Modern.az

Tanınmış jurnalistlərdən Baba Tağıyevə dəstək... ®

Tanınmış jurnalistlərdən Baba Tağıyevə dəstək... ®

Təhsil

1 Noyabr 2010, 17:17

Oktyabrın 31-də 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Baba Tağıyev Abşeron rayonunun Saray qəsəbəsində seçicilərlə görüşüb.
Namzidin Seçki qərargahının məlumatına görə, seçicilər qarşısında çıxış edən Baba Tağıyev öz fikir və düşüncələrindən, ötən 5 ildə millət vəkili kimi fəaliyyətindən, özünün yeni platformasından, məqsədlərindən danışıb.

Görüşdə iştirak edən Saray qəsəbə sakinləri Xeyrulla Cəfərov, Bəxtiyar Həşimov və digərləri çıxış edərək sakinlərin qarşıdan gələn seçkilərdə aktiv iştirak edəcəklərini vurğulayıblar.

Tədbirdə həmçinin tanınmış ictimai xadimlərdən Qulu Məhərrəmli və Sevil Nuriyeva da çıxış ediblər. Bundan əlavə Baba Tağıyevin həyat yoldaşı Gülbahar Tağıyeva çıxış edərək seçiciləri aktiv olmağa çağırıb.

Sonda təkrarən çıxış edən namizəd Baba Tağıyev deyib: “Bu gün, bu dəqiqə, sizin aranızda olduğuma inandığım qədər, Azərbaycanda azad seçkilərin də keçiriləcəyinə inanıram”.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə yekunlaşıb.

 

 

 

 


Seçki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır