Modern.az

Nazim Məmmədov: “İşim təkcə plakat yapışdırmaq olmayıb...”

Nazim Məmmədov: “İşim təkcə plakat yapışdırmaq olmayıb...”

1 Noyabr 2010, 17:24

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə deputatlığa namizəd Nazim Məmmədov seçkilərdə uğur qazanacağına əmindir.

Modern.az –a açıqlamasında N. Məmmədov bildirib ki, onun namizəd olduğu dairədə seçicilər artıq seçimlərini ediblər “Qalır noyabrın 7-də bu nəticələri rəsmiləşdirmək”-deyən N. Məmmədov qeyd edib ki, bəzi opponentləri tərəfindən ortaya atılmış “biznesmendən deputat olmaz” kimi ifadələr seçiciləri tərəfindən mənfi qarşılanıb.

“Mənimlə söhbətlərdə seçicilər opponentimin digər bölgələri aşağalayan ifadələr işlətməsindən təəssüf edir və bunu çox pis qarşılayırlar”-deyə deputatlığa namizəd vurğulayıb.

Namizəd kimi təkcə işini plakat yapışdırmaq olmadığını deyın N. Məmmədov fəaliyyəti dövründə seçiciləri arasında əməli ilə tanındığını bildirib. “Seçicilərimə inanıram. Əminəm ki, qələbə mənim olacaq”-deyə o sonda vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi