Modern.az

Mahrasa bağında ikinci möhtəşəm görüş... ®

Mahrasa bağında ikinci möhtəşəm görüş...  ®

1 Noyabr 2010, 17:48

31 oktyabr 2010-cu il tarixdə 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyi irəli sürülmüş Aydın Abbasov Gəncə şəhərinin Mahrasa bağı adlandırılan yaşayış massivinin sakinləri ilə ikinci möhtəşəm görüşünü keçirib.

Məhəllə klublarından birində keçirilən bu görüş də öz möhtəşəmliyi ilə seçilirdi. Tarixən bu massivdə ziyalı təbəqənin nümayəndələri üstünlük təşkil edib. Odur ki, görüşün məğzi və burada mezakirə olunan məsələr də digərlərindən qismən seçilirdi.
Görüşdə çıxış edən sakinləri daha çox ölkəmizdə və dünyada gedən mürəkkəb proseslər, beynəlxalq vəziyyət, Qarabağ probleminin həlli perspektivləri. Odur ki, görüş iştirakçiları fəxrlə qeyd etdilər ki, deputat Aydın Abbasov onları Milli Məclisdə, Avropa Şurasında və digər beynəlxalq strukturlarla yüksək professionallıqla təmsil edir. Bu da hər Gəncəli üçün qürur mənbəyidir.

 Görüşdə çıxış edən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov son beş ildə həm Avropa Parlament Assamblyeyasında, həm üzvü olduğu AŞPA-nın Monitorinq Komitəsində, həm digər beynəlxalq təşkilat və strukturlardakı işlər haqda seçicilərə geniş məlumat verdi.

Sakinlər deputatlığa namizədə onları maraqlandıran suallar və deputat tapşırıqları verərək, bir daha hamılıqla ona səs verməyi söz verdilər. 

Həmin gün Aydın Abbasov həmçinin Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində keçirilən yarışın açılışında da iştirak etdi. O, yerli idmançıların qaygıları ilə maraqlandı, suallarına cavab verdi və kələcək də Gəncədə idmanın inkişafını daima nəzərində saxlayacağına əminlik bildirdi.  

 

 

 

 

 


Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər