Modern.az

İsa Qəmbər Hüseynbala Mirələmovu məhkəməyə verib

İsa Qəmbər Hüseynbala Mirələmovu məhkəməyə verib

1 Noyabr 2010, 23:02
İctimai Televiziyada deputatlığa namizədlər üçün təşkil edilən şənbə debatında "AXCP-Müsavat" blokunun təmsilçisi Fuad Qəhrəmanlı ilə Yeni Azərbaycan Partiyasının nümayəndəsi Hüseynbala Miraləmov arasında baş verən davada ikinci heç bir səbəb olmadan Müsavat başqanı İsa Qəmbərin ünvanına söyüş işlədib. 

F.Qəhrəmanlı AXCP lideri Əli Kərimlinin Hafiz Hacıyev və Əhəd Abıyev tərəfindən öncəki debatda təqhir olunmasına cavab olaraq onları binamus adlandırıb, bu isə H.Mirələmovun xoşuna gəlməyib. YAP nümayəndəsi Əli Kərimlini təhqir edərkən İsa Qəmbərin də ünvanlna söyüş söyüb. 

İsa Qəmbərin seçki qərargahının rəhbəri Vaqif Hacıbəylinin sözlərinə görə, əgər Əli Kərimlinin seçki qərargahı təhqirə təhqirlə cavab mövqeyi tutursa, “Müsavat”ın bu məsələyə yanaşması başqadır. İsa Qəmbər hüquq müstəvisində mübarizə aparmaq niyyətindədir. Ona görə də o, həm Hüseynbala Mirələmov, həm də bir neçə gün qabaq öz çıxışında onu Füzuli rayonunu ermənilərə verməkdə suçlamış Elbrus Abdullayevi məhkəməyə verib. Müsavat başqanı onları Cinayət Məcəlləsinin şərəf və ləyaqəti alçaltmaya görə məsuliyyəti nəzərdə tutan 147 və 148-ci maddələri ilə mühakimə etməyi tələb edir. (BBC)

Vaqif Hacıbəyli həmçinin adı çəkilən şəxslərə cavab vermək hüququnu təmin etmək üçün İsa Qəmbərin İctimai Televiziyaya müraciət etdiyini və onlardan rədd cavabı aldığını bildirib. Onun sözlərinə görə, bununla İTV rəhbərliyi namizədin cavab vermək hüququnu pozub və ona görə İsa Qəmbər İTV-ni də məhkəməyə vermək niyyətindədir.

İctimai Televiziyanın mətbuat katibi Tahir Məmmədov isə İsa Qəmbərin İctimai Televiziyaya qarşı iddialarını əsassız adlandırıb. Onun sözlərinə görə, hər oponentə qarşı tərəfin fikrini təkzib və düzəliş etmək üçün əlavə pulsuz vaxtı ayrılsa bu sonsuz polemikaya çevrilər. Bu şəraitin yalnız bir namizədə ayrılması isə digər namizədlərin hüquqlarının pozulması olar. Seçki təşviqatında isə nazmiədlər üçün bərabər şərautun yaradılması vacibdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev isə məsələyə münasibət bildirərək deyib ki, heç bir namizədin bir-birini təhqir etmək hüququ yoxdur və bu Seçki Məcəlləsi ilə yasaq edilir.

Vaqif Hacıbəylinin sözlərinə görə, məhkəmə İsa Qəmbərin ərizələrini qəbul edib. Məhkəmə araşdrmalarının baş tutacağı gün isə hələ müəyyənləşdirilməyib. İsa Qəmbər məhkəmədən Hüseynbala Mirələmovun Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hökm çıxarılmasını istəyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir