Modern.az

Bakı qışa necə hazırlaşır?

Bakı qışa necə hazırlaşır?

Ölkə

2 Noyabr 2010, 10:50


Havaların getdikcə soyuması paytaxt əhalisinin narahatlığını artırır. Axı hər ilin qış mövsümündə  Bakıda elektirik enerjisinin, qazın, istiliyin verilməsi fasilələrlə müşayiət olunur. Hər il belə problemlərin yaşanması əhalinin şikayətlənməsinə səbəb olur. Proqnozlara görə, qarşıda bizi ötən illərdəkindən sərt qış gözləyir. Onda məsələnin ciddiliyi haqqında düşünməyə dəyər.

Bəs Bakı qış mövsümünə necə hazırlaşır?
Bu suala cavab almaq ücün aidiyyatı qurumlara müracit etdik.

“Bakıektirikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a verdiyi acıqlamada paytaxtın qarşıdakı qış mövsümünə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu il elektirik təchizatı daha keyfiyyətli və daha dayanıqlı olacaq. “Son dörd il ərzində Bakıda 13 ədəd 110 kilovoltluq yarımstansiya, 35 ədəd 35 kilovoltluq yarımstansya və 700 ədəd yeni tronsformator qurlaşdırılıb”-deyən T.Mustafayevin bildirib, hər bir abunəçi istətiyi qədər elektirik enerjisi istehlak edə bilər. “Bu sahədə əsas problem abunəçilərin vaxtlı-vaxtında istifadə etdikləri enerjinin pulunu ödəməməsidir”.

Tanrıverdi Mustafayev hesab edir ki, Bakıda elektrik xətlərinin yeraltı və izolyasiyalı kabellərlə cəkilməsi elektirik enerjisinə müdaxilənin və enerji itkisinin qarşısını alacaq.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətləri təchizatının rəhbəri Rafiq Əliyev də saytımıza açıqlamasında qurumun builki qış mövsümünə hazır olduğunu bildirib. Onun sözlərinə görə, qış mövsümünə hazırlıq olaraq yeni istilik mənbələri yaradılıb, mövcud qazanxana və istilik məntəqələri bərpa olunub, qazanxanaların qaz təchizatını təmin etmək ücün yeni qaz xətləri cəkilib, istilik xətləri  yoxlanılaraq sınaqdan keçirilib və problem yaranma təhlükəsi olan xətlər yenisi ilə əvəz olunur.

“Azəristiliktəchizat” ASC bu il qış mövsümünə hazırlıqla əlaqədar investisiya proqramına uyğun olaraq 216 yaşayış binası, 23 məktəb, 16 uşaq bağçası və 20 səhiyyə  obyekti üzrə istilik təchizatının bərpa olunması üçün 13 ədəd yeni qazanxana tikdirib, 2 ədəd modul tipli daşınan qazanxana quraşdırıb. Bundan başqa 11 qazanxana müasir tipli avadanlıqlarla təchiz olunub, 4 istilik məntəqəsi isə modernləşdirilərək qazanxanaya çevrilib. Bu il “Azəristiliktəchizat” ASC-də qazanxanaların sayı iki dəfə artıralaraq 346-ya catdırılıb.

“Azəristiliktəchizat” ASC  bu qış mövsümündə Bakıda 2303 yaşayış binasını istiliklə təmin etməyi planlaşdırıb. Qurumdan bildirilib ki, “Azəristiliktəchizat” ASC yaranan vaxt Bakı şəhərində cəmi 988 bina istiliklə təmin olunurdu. Sonradan bu rəqəm 2006-ci ildə 1750, 2007-ci ildə 1933, 2008-ci ildə 2035, 2009-cu ildə isə 2153-a çatdırılıb.

Son vaxtlar mətbuata qapalı quruma çevrilən ”Azəriqaz”dan sualımıza cavab ala bilmədik.  

Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir