Modern.az

Jurnalistlər Rəqsanə barədə Modern.az saytına danışdılar...

Jurnalistlər Rəqsanə barədə Modern.az saytına danışdılar...

2 Noyabr 2010, 13:45


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatlarından cox, onların şəxsi həyatları, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha cox informasiya toplamağa calısır. Bu mənada tanınmış isanlarla tez-tez  kontaktda olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.
Modern.az. mədəniyyət yazarlarının tanınmış sənət adamlarını necə xarakterizə etməsi ilə bağlı layihəni davam etdirir.
Ötən həftə Röyanı xarakterizə edən yazarlar,  indi də müğənni Rəqsanə haqqında fikir söylədilər. Beləliklə, “Rəqsanə necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir”suallarına mədəniyyət yazarlarının cavabları:

“Rəqsanə çoxbilmiş deyil, sadəlövhdür”.

Cəvahir Səlimqızı – “Mərkəz “qəzetinin əməkdaşı:
- Rəqsanə ünsiyyətdə olduğum şou-biznes nümayəndələri arasında başqalarından fərqli olaraq demək olar ki, mətbuata ən açığıdır. Səmimidi, digərlərindən fərqli olaraq, coxbilmiş deyil,  sadəlövhdür. Gündəmdə qalmaq ücün hər hansı bir məsələni ortalığa atanda, onu sadəlövhcəsinə reallaşdırır. Məsələn, Aygün Kazımovanın ayağı sınmışdı. O xəbəri özü yaymışdı. Sonradan da elə ustalıqla hərəkət elədi ki, guya ki, məlumatı onun özündən xəbərsiz mətbuat yayıb. Rəqsanə isə gündəmdə qalmaq üçün ortaya atdığı məsələni, cox naşıcasına həyata kecirir. Bu da onun sadəlövhlüyündən irəli gəlir. Sadəlövhlüyü ilə yanaşı, eyni zamanda  səmimi xanımdı.

Müğənni kini Rəqsanə haqında fikirlər birmənalı deyil.  Səsi pis deyil. Son vaxtlar klassikaya müraciət etməsi, Elnarə ilə muğam oxuması xoşuma gəlmir. Bu cür mahnılara müraciət etməklə, hardasa əvvəəlki imicini zərbə altında qoydu. Öz aiditoriyası olan bir müğənnidir. Toy mügənnisi kimi cox qabaqdadır.
Jurnalistlərlə münasibəti pis deyil. Cox vaxtı ona tənqidi yanaşmışam, ancaq bununla belə aramızda səmimiyyət var.

“Rəqsanə qızıl onluq deyil ki, hamı bəyənsin...”

Şahin Cavadsoy - “Trend” İnformasiya Agentliyinin əməkdaşı:

- Rəqsanə haqqında mətbuatda kifayət qədər tənqidi yazılar olub. Sözsüz ki, mən bir jurnalist kimi öz rəyimi bildirirəm. Rəqsanə haqqında biz də dəfələrlə yazılar vermişik, fotosessiyalar təqdim etmişik. Bu xanımın üstünlüyü ondadı ki, cəsarətlidi. Mən bu qızda olan cəsarətə heyranam. Rəqsanə on ilə yaxındır ki,  peşəkar səhnədədir. Səhnəyə gəldiyi vaxtlar  başqa repertuarda idi. Daha sonralar bəstəkar mahnılarına da müraciət etməyə başladı, hətta klassik mahnıları da ifa etdi. Ancaq son vaxtlar yenidən qayıdıb öz sitilinə. Hansı ki, “Bivəfa” , “Hara gəlim” tipli  mahnılara.
Mən deyərdim ki, Rəqsanənin cəsarəti birinci növbədə onu müğənni kimi yox, bir insan kimi  ayaqda saxladı. Baxmayaraq ki, Rəqsanənin kifayət qədər maddi problemləri, müxtəlif məhkəmə cəkişmələri oldu. Şəxsi həyatında da bəzi problemlər yaşandı, hətta övladları barədə də bəzi söz-söhbətlər oldu. Amma cəsarəti onu ayaqda saxladı. Həqiqətən təkbaşına vəziyyətdən cıxdı. Rəqsanənin yerinə hər hansı başqa bir müğənni olsaydı, dözə bilməzdi. Amma Rəqsanə özünü sübüt etdi.

Məncə Rəqsanənin öz yeri var. Rəqsanənin özünün yaxşı bir sözü var:  “Hamının acığına oxuyacam”. Oxuyur da, axı öz pərəstişkarları var. Qızıl onluq deyi ki, onu hamı bəyənsin. Bəyənənlər də var, bəyənməyənlər də. Məncə onun öz yolu, öz pərəstişkarları olduğu ücün həmişə Rəqsanə olaraq səhnəmizdə qalacaq.

Jurnalistlərlə münasibəti haqqında öz yerimə deyə bilərəm ki, cəkişmələrimiz olub. Mən bir rubrika aparırdım: “Ulduzlar öz peşəsini dəyişir”. Cox israr etdim ki, Rəqsanə yanacaqdoldurma məntəqəsində operator roluna girsin. O əvvəlcə dedi ki, “yox Şahin, mən bunu etsəm, məni yenə də biabr edəcəklər. “Rəqsanə özünü indi də bu şəkildə gündəmə gətirir” deyəcəklər”.
Amma buna baxmayaraq, o bunu etdi. Heç bir müğənni əlinə şlanq götürüb şəkil cəkdirməzdi,  amma Rəqsanə cəkdirdi. Doğurdan da sonradan onun haqqında yazdılar - pozdular.
Rəqsanə ilə  münasibətləri də tənzimləmək fərqlidir. Dəfələrlə kəskin yazılar da yazmışıq, müxtəlif fikirlər  bildirmişik. Düzdü öz şikayətini bildirib, amma kinli insan deyil. İstədiyimiz vaxt onunla rahat görüşürük, tədbirlərdə də xoş munasibətlərimiz var. Rəqsanə jurnalistlər ücün insanları  təəccübləndirmək ücün maraqlı simadı.

“Rəqsanənin səsi coxlarına nümunə ola bilər”

Vüqar Vüqarlı - “day.az” portalının şöbə müdiri:

- Kiminləsə bir-iki dəfə oturub-duranda, artıq o insanın iç dünyasına bələd olursan. Rəqsanə hec nəyi icərisində saxlaya bilmir. Yarım saata səninlə elə sohbət etsin ki, elə bil 20 ildir tanışsan. Onun insani keyfiyyətləri haqqında cox deyə bilmərəm. Ola bilsin bir az özündən razılığı və bir az da nəyi isə şişirtməyi var. Danışığında məsələni olduğu kimi yox, olduğundan da daha böyük göstərmək istəyir. Ümumiyyətlə, insani keyfiyyətləri başqalarından hec də pis deyil. 

Rəqsanənin kifayət qədər pərəstişkarları var. Hər müğənni o gedən qiymətə toya gedə bilməz. Görünür insanlar bunu istəyir ki, o qədər pulu verib onu toylara cağırırlar. Səhv etmirəmsə Rəqsanə təkcə Azərbaycanda yox,  Rusiyada da toylara gedir. Deməli onu sevirlər, izləyirlər. Rəqsanənin səsi coxlarına nümünə ola bilər. Onun cox gözəl səsi var, sadəcə olaraq ifa etdiyi mahnıları biz bəyənməyə bilərik. Amma hec kim deyə bilməz ki, onun səsi yoxdur.

Digər jurnalistlərlə deyə bilmərəm, mənimlə münasibəti pis deyil. Rəqsanə jurnalistlərdən istifadə edə bilir, jurnalistlər də ondan istifadə edə bilir. Bu iki amil üst –üstə düşəndə artıq piar məsələsi gündəmə gəlir. Jurnalistlərdən piar məqsədilə cox məharətlə istifadə edə bilir. Düzdü mənimlə bu coxd a alınmır. Mən elə bir insanam ki, özüm nə vaxt lazım bilirəm, onda müğənniləri, ya da digər insanları piar edirən. Baxıram ki, bu insan ortalığa bir şey gətirib, yoxsa yox, xırda məsələlərə görə mən hec vaxt hec kimdən yazmıram. Onlar cəmiyyət ücün maraqlı nəsə etməlidirlər ki, onları təbliğ edək. Amma Rəqsanə və Royada bu cox gözəl alınır, jurnalistlərdən piar ücün gözəl istifadə edirlər. Röya bunu  bilə-bilə etmir, amma Rəqsanə bunu bilə-bilə edir.

“Rəqsanəni müğənni hesab etmirəm...”

Təranə Məhhərrəmova – “Kaspi” qəzetinin əməkdaşı :

- Məncə müğənnilərin səhnə görünüşü həm də onların öz insanlıqları ilə bağlıdır. O bir harmoniya təşkil edir. İstər müğənni olsun, istərsə də başqa sahənin adamı, gördüyü işə öz xarakterini də gətirir.Əgər sən pis jurnalistsənsə, bu, sənin öz yazılarında özünü göstərir.  Müğənnilər həyatda necədirlərsə, səhnədə də elədirlər.  

Mən şəxsən bir jurnalist kimi yox, bir tamaşacı kimi deyirəm. Rəqsanəni müğənni hesab etmirəm. Nəinki müğənni, hec toy müğənnisi də deyil. Bəlkə də o, küçədə əlinə gitara götürənlər  səviyyəsindədir. Amma qətiyyən hesab etmirəm ki, o müğənnidir.

Rəqsanə ilə münasibətim olmadığı ücün jurnalistlərlə davranışı haqqında da hec nə deyə bilmərəm. Heç əlaqə saxlamaq fikrim də yoxdu. Amma onun haqqında ayrı-ayrı verilişlərdən müxtəlif yazılar yazmışam. Təbii ki, o yazdığım yazılara görə mənə zəng vurub təşəkkür edənlər də olub. Görünur ki, mənimlə həmfikir olanlar coxdur.

“Rəqsanənin vaxtilə acıqladığı şok acıqlamalar, indi onun əleyhinə işləyir”

Tahirə Məmmədqızı - “Şərq” qəzetinin əməkdaşı:

- Müşahidələrim əsasında deyə bilərəm ki, Rəqsanə ürəyiyumşaqdır, uşaqlara meyillidir, cünki onu müxtəlif  xeyriyyə  tədbirlərində istirak edəndə görmüşəm. Tez özündən cıxandı, necə deyərlər tez alışıb, tez də sönəndi - mənim  müşahidələrim bunu deməyə əsas verir. Barəsində tənqidi yazılar yazmağıma baxmayaraq, onunla normal münasibətim var. Özümə qarşı aqressiv münasibət görməmişəm .

Media ilə münasibətdə müəyyən qüsurları var. Düzgün taktika seçə bilmir, daha cox mətbuatda onun şəxsi həyatı müzakirə olunur, tənqid və təhqir hədəfinə cevrilir. Bu məsələdə müəyyən mənada onun özünü təqsirləndirirəm. Çünki zaman- zaman  maqazin proqramlarında, müxtəlif  verilişlərdə dediyi fikirlər bu gün onun əleyhinə işləyir. ”Mənim həyatımda sponsor var”- deyən Rəqsanənin bu açıqlamasından bəzi mətbu orqanlar faydalanmağa calışır, bu gün səslənən tənqidlər və ya təhqirlər də elə daha cox ordan qaynaqlanılr. Bu özünün səhvi kimi dəyərləndirilə bilər. Ən azından mənim baxışım belədir. Çünki elə müğənnilərimiz var ki, onların da həyatında qaranlıq məqamlar olur. Amma onlar bunu efir vasitəsilə acıq- aşkar səsləndirməyə cürət etmirlər. Diplomatik şəkildə təqdim etməyə calışırlar. Rəqsanəni bu diplomatik yanaşmadan götürsək, zəifdi.

Bu gün Rəqsanənin istər efirlərdə, istər yazılarda tənqid hədəfinə cevrilməsində özünün günahı var.

Rəqsanə elə mətbuat nümayəndələri var ki, onlara qarşı kifayət qədər aqressivdir, elə mətbuat nümayəndələri də var ki, mətbuata necə yanaşmaq lazımdır, onlara məhz o tərzdə yanaşmağa calışır. Düşünürəm ki, burada mətbuatın özünü təqdim etməsindən cox şey asılıdır. Ciddi mətbuat orqanlarına hörmətlə yanaşmağı bacarır.

“Rəqsanə ilk albomundakı mahnıları səviyyəsiz oxumuşdu”

Elşad Ümid – “Reytinq” qəzetinin əməkdaşı:

- Rəqsanənin ilk buraxdığı albomunun yayılması hamıda  təəccüb doğurmuşdu. Çünki həqiqətən səviyyəsiz oxumuşdu, peşəkarlıqdan çox uzaq tərzdə ifa etmişdi. Ancaq sonralar efirlərə cıxmağa başladı, albomu yayıldı. Buna görə Rəqsanə həmin albomdakı mahnıları yenidən, yaxşı tərzdə oxudu. Bəlkə də coxları bunu bilmir.

Rəqsanə hər bir işdə riskə getməyi bacarır. Düşünürəm ki, bunu da bacarmaq lazımdır. Rəqsanənin adı qadın alverində və başqa məsələlərdə hallandı. Başqası olsaydı, ondan sonra bir də özünə gələ bilməzdi. Amma Rəqsanə bunu bacardı. O, öz üzərində işləyir.
Jurnalistlərlə münasibəti normal səviyyədədir.

Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir